Tahir Kərimlidən 10 dəqiqəlik səs yazısı ilə bağlı açıqlama - \"Öz ziyanıma...\"

Tahir Kərimlidən 10 dəqiqəlik səs yazısı ilə bağlı açıqlama - \
Ötən gün Milli Məclisin növbədənkənar sessiyasında Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilərkən həmkarı Tahir Kərimli çıxış üçün söz almışdı və "polisin yiyəsi var, deputatın yiyəsi yoxdur" ifadələrini işlətmişdi.

Tahir Kərimlinin bu çıxışına ən sərt cavab isə Milli Məclisin sədri Sahibə Qafarovadan gəlmişdi: "Şəxsən mən sizi kabinetimə dəvət edəcəyəm. Ortada səs yazısı var. Mən özüm kabinetdən çıxacağam və sizi 10 dəqiqəlik səs yazısına qulaq asmağa məcbur edəcəyəm! Ondan sonra görüm siz belə danışa bilərsiniz, yoxsa yox?!".

Ölkə ictimaiyyətini maraqlandıran suallardan biri də budur: Həmin 10 dəqiqəlik səs yazısında nələr var idi?

Sfera.az xəbər verir ki, Publika.az-ın əməkdaşı millət vəkili Tahir Kərimli ilə əlaqə saxlayıb. 10 dəqiqəlik səs yazısının təfərrüatlarını öyrənməyə çalışıb. Deputatın iclas bitdikdən sonra sədrin kabinetində həmin səs yazısını dinləyib-dinləmədiyini öyrənməyə çalışıb. Millət vəkili Tahir Kərimlinin bununla bağlı açıqlaması qısa və konkret olub:

"Mən bu məsələdə öz ziyanıma susuram. Xahiş edirəm, danışmaq istəmirəm".

OXŞAR XƏBƏRLƏR

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır.   Sfera.az xəbər verir ki, bununla bağlı liseydə təhsil alan şagirdlərin valideynlərinə məktub göndərili...

Siyavuş Novruzov TƏKLİF ETDİ: "Onlar da nəzərə alınsın" 

“Müharibə veteranları və onların ailələri haqqında güzəştlərdə Əfqanıstan müharibəsində iştirak edən azərbaycanlılar da nəzərə alınmalıdır”. &nbs...

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...