Tacir Vəfa ilə bağlı sirləri açdı: \"Onu ayaq üstə...\"

Tacir Vəfa ilə bağlı sirləri açdı: \
Müğənnilər Şəbnəm Tovuzlu və Vəfa Şərifova arasındakı qalmaqal səngimək bilmir. Bu dəfə üçüncü bir şəxs də məsələyə daxil olunub.

Ş.Tovuzlu İnstaqramda yayımladığı açıqlamasında tanınmış müğənni Tacir Şahmalıoğlunun adını hallandırıb. Vəfaya "keçmişini unutma" deyən Şəbnəm söyləyib ki, Allah Tacir Şahmalıoğlunun canını sağ eləsin. Müğənninin bu sözü sosial şəbəkələrdə müzakirə doğurub. Hər kəs bir sualın cavabı haqda düşünüb:

Vəfa Şərifova ilə Tacir Şahmalıoğlu arasında nə baş verib?

Sfera.az xəbər verir ki, "sherg.az"da məsələyə aydınlıq gətirmək üçün T.Şahmalıoğlunun özü ilə əlaqə saxlayıb. Müğənni deyib ki, Vəfa ilə Şəbnəmin münaqişəsi ona xoş deyil:

"Çünki ikisi də mənə yaxın adamlardır. Bu qalmaqalda onların bir çıxarı yoxdur. Əksinə itirdikləri var. Hər ikisi də kariyeralarına ləkə gətirirlər. Bir böyük kimi məsələhət görürəm ki, sevənlərinə mənfi enerji ötürməsinlər.

Ölüm-itim dünyasıdır, pandemiya tüğyan edir. Belə bir zamanda barış-sülh olsun. Bunu tövsiyə edirəm. Vəfa xanıma gəlincə... O bir neçə il bundan əvvəl mənə müraciət etdi ki, istəyirəm öz ayaqlarımın üzərində dayanım, müstəqil bir insan olum, sənətdə mənə kömək edin. Mən də yardım etmişəm, müğənnilik öyrətmişəm.

İndi isə Vəfa tanınmış müğənnidir. Yəni o mənim tələbəmdir. Ayaq üstə qaldırmışam. Ailəsinə, qardaşlarına, bacılarına da dayaq olub. Keçmiş budur. Başqa nə ola bilər ki?"

OXŞAR XƏBƏRLƏR

Prezidentləri Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.   Sfera.az xəbə...

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...