Suya düzgün tullanmayan idmançı komaya düşdü

Suya düzgün tullanmayan idmançı komaya düşdü
Rusiyanın paytaxtı Moskvada keçirilən suyatullanma yarışında bədbəxt hadisə baş verib.

Sfera.az TASS-a istinadən xəbər verir ki, MOİK İdman Kompleksində keçirilən turnirdə hərəkəti uğursuz yerinə yetirən atletlərdən biri ağır zədə alıb.

Nəticədə Kazandan olan 12 yaşlı idmançı xəstəxanaya yerləşdirilərək, əməliyyat olunub. Hazırda onun komada olduğu bildirilib.


OXŞAR XƏBƏRLƏR