“Susuzluqdan yağışın yağmasını gözləyirik” - Göyçay sakinlərindən ÜRƏKDAĞLAYAN müraciət

“Susuzluqdan yağışın yağmasını gözləyirik” - Göyçay sakinlərindən ÜRƏKDAĞLAYAN müraciət

"Bir neçə gündür ki, Göyçay rayonu üzrə içməli suyun verilməsində ciddi problem yaranıb. Yayın bu isti günlərində su üzünə həsrət qalmışıq. Müvafiq qurumların etinasızlığından bezən əhalinin tək ümidi yağışın yağmasını gözləməkdir ki, su təminatlarını müvəqqəti də olsa təmin edə bilsinlər”.


Bu sözlər bir qrup Göyçay sakini tərəfindən Sfera.az-ın redaksiyasına ünvanlanmış ürəkdağlayan şikayət məktubundandır. Sakinlər bildirir ki, artıq susuzluq rayonda ciddi müşkülə çevrilib, yerli su idarəsi isə özünü lallığa, karlığa və korluğa qoyub:


"Sakinlərdən ibarət müxtəlif qruplar yaranmış acınacaqlı durumla bağlı Göyçay su idarəsinə gedərək narazılıqlarını bildirsələr də bunun hansısa nəticəsi olmayıb. İdarəyə etdiyimiz telefon zənglərinə isə cavab verən də yoxdur. Başa düşmürük ki, əhalinin fasiləsiz içməli su təminatına məsul olan qurumda bir nəfər yoxdurmu ki, bizi dinləyib problemlərimizin həllinə çalışsın?”


Məlumat üçün bildirək ki, Göyçay rayon Su-Kanal İdarəsinin rəisi İlham Kərimov bu vəzifəyə yeni təyinat alıb. Onun vəzifəsinin öhdəsindən necə gəldiyini əyani şəkildə göstərən bu şikayət məktubu isə təyinatın necə "uğurlu” olduğundan xəbər verir.

  

Mövzu diqqətimizdədir.

  

Orxan

Sfera.az


OXŞAR XƏBƏRLƏR