Şuşaya yürüş olacaq: \"... Evə qayıdırıq!\" - YENİ AKSİYA

Şuşaya yürüş olacaq: \
 

Siyasi fəal, Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı yeni kampaniya təşkil edib.

Sfera.az xəbər verir ki, o, öz "facebook" səhifəsində Azərbaycan xalqını Şuşaya yürüşə dəvət edib.

Hacılı Qarabağ Günü elan etdiyi 8 iyun 2019-cu il tarixində saat 16:00-da hamının iştirakı ilə Horadiz şəhərində toplanıb Şuşaya yürüş hərəkatının əsasını qoymağa çağırır.

"Facebook"da "Evə qayıdırıq!" adlı event və həştaq (#eveQayidiriq!) sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb. Artıq "Youtube"də də"Azərbaycanlılar Qarabağa Gedir!” başlığı ilə vətəndaşlara çağırış videosu da yerləşdirilib.

 

Məsələnin mahiyyətini öyrənmək üçün qaynarinfo.az Ramin Hacılı ilə əlaqə saxlayıb. O, açıqlamasında bildirib ki, yürüşün məqsədi dünyaya və özümüzə Qarabağ üzərindəki haqqımızı və bunun uğrunda hərəkətə keçməyə qadir olduğumuzu sübut etməkdir.

"9 may günü ermənilərin Şuşadakı əyləncələri və Ermənistan Prezidenti Nikol Paşinyanın bu bayram tədbirindəki yallı rəqsinin videosunu izlədim. Özlərini qalib kimi, Qarabağın sahibi kimi aparmaları hər bir azərbaycanlı kimi məni də narahat etdi. Düşündüm ki, hansısa istiqamətdə bunun əksini sübut etməliyik. Onlar qalib, biz isə məğlub deyilik. Biz Qarabağı istəyirik. Sadəcə hansısa səbəblərdən, xüsusən də beynəlxalq səbəblərdən Qarabağ bu gün onların nəzarəti altındadır. Qərara gəldik ki, insanlara çağırış edək və Azərbaycan xalqı sübut etsin ki, biz Qarabağı istəyirik, Qarabağ bizim evimizdi, bizdən alınıb, oradan çıxarılmışıq, bu reallıqla barışmırıq, barışmaq fikrində də deyilik. Çox təəssüflər olsun ki, artıq 25 ildir atəşkəs rejimidi. Və bu müddət ərzində Azərbaycan xalqı heç vaxt kütləvi şəkildə hərəkət edib, bu ideyasını, məqsədini bəyan etməyib. Bunu bəyan etmək üçün Füzuli rayonunun Horadiz şəhərinə toplanmaq üçün çağırış etdim. Və əminəm ki, bu çağırışa çox ciddi reaksiya olacaq. İnanıram ki, insanlarımız ən həssas mövzu olan və özünün natamamlıq kompleksinə səbəb olan Qarabağ itkisi ilə razılaşmayıb, "Evə qayıdırıq!" kampaniyasına qoşulacaq və birlikdə hərəkətə keçəcəyik".




OXŞAR XƏBƏRLƏR

“Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır” – Deputat

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilib. Bu görüş olduqca əhəmiyyətli x...

Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hökumətin bu gün ...

Prezidentləri Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.   Sfera.az xəbə...

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...