No Image
No Image

Şuşaya getmək istəyənlərin nəzərinə - Avtobuslar bu rayonlardan çıxacaq

Şuşaya getmək istəyənlərin nəzərinə - Avtobuslar bu rayonlardan çıxacaq
İşğaldan azad edilmiş şəhər və rayonlara avtobus xətləri açılacaq.
 
Sfera.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova belə deyib.

Onun sözlərinə görə, artıq daşıyıcı şirkətlərin müəyyən edilməsi üçün müsabiqəyə də start verilib: "İlkin mərhələdə avtobus reysləri açılacaq yerlər Horadiz, Suqovuşan, Talışkənd, Cəbrayıl və Zəngilan rayonudur. Şuşa şəhərini biz ikinci mərhələyə salmaq istəyirdik, ancaq oraya getmək istəyənlərin çoxluğunu nəzərə alaraq onu da birinci mərhələyə saldıq. Nəzərdə tutulur ki, Şuşaya Gəncədən, Beyləqandan və Yevlaxdan avtobus xətləri işləsin”. 


Sfera.az xatırladır ki, Şuşaya Füzuli rayonu istiqamətindən 4 (bəzi yerlərdə 6) zolaqlı avtomagistralın ("Zəfər yolu”) çəkilişi işləri sürətlə davam edir. Cəmi iki aya yaxın vaxt ərzində yolun yatağı hazır vəziyyətə gətirilib və qrunt döşənib. Bu günlərdə yol xidməti istifadə üçün tam hazır vəziyyətə gətirilib və nəticədə Şuşaya gediş-gəliş xeyli asanlaşıb. Böyük Tağlar, Çanaxçı, Sığnax və Daşaltı kəndlərindən keçən həmin yolla Prezident İlham Əliyev də Şuşaya səfər edib.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Deputatların vaksinasiyasının ikinci mərhələsi başladı

Milli Məclisin deputatlarının koronavirus infeksiyasına qarşı vaksinasiyasının ikinci mərhələsi başlayıb. Sfera.az-ın məlumatına görə, deputatlar qrafik ü...

Azərbaycanda vətəndaşlara "COVID pasportu" veriləcək? - ÜST cavab verdi

"Vaksinasiya ilə bağlı 2 növ sənəd var. Bunlardan biri peyvənd olunmağa dair, həmçinin uşaqlara peyvənd olunduğu zaman verilən sənəddir”. Sfera.az xəbər v...

Şuşaya getmək istəyənlərin nəzərinə - Avtobuslar bu rayonlardan çıxacaq

İşğaldan azad edilmiş şəhər və rayonlara avtobus xətləri açılacaq.   Sfera.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yan...

Əfqan Muxtarlı aclığı dayandırıb - RƏSMİ

Həbsdə olan jurnalist Əfqan Muxtarlı aclıq aksiyasını dayandırıb.  Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov  ...

Rəşad Atakişiyevin xanımı video müraciət yaydı: - "Sizdən xahiş edirəm ki..."

Rəşad Atakişiyevin xanımı ictimaiyyətə vacib müraciət ünvanlayıb.   Sfera.az həmin görüntüləri təqdim edir:   (faktor.az)...

Əbülfəs Qarayev Rasim Balayev haqda: "Hamını oraya toplaya bilməzdik"

"Azərbaycanda 270 xalq artisti, nə qədər xalq yazıçısı, xalq şairi, xalq rəssamı var, onların hamısını o məkana toplaya bilməzdik”. Sfera.az ONA-ya istinad...