No Image
No Image

Şuşadakı Qazançı kilsəsi bərpa ediləcək

Şuşadakı Qazançı kilsəsi bərpa ediləcək
"İşğaldan azad edilmiş bölgələrdəki xristian abidələri də bərpa ediləcək, biz abidələrin heç birinə fərq qoymuruq".

Sfera.az xəbər verir ki, bunu açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bildirib ki, hazırda Alban kilsələrinin bərpası üçün tam şərait yoxdur: "Təəssüf ki, bütün Alban kilsələrinə tam nəzarət bizdə deyil. Laçındakı Ağoğlan kilsəsi, Kəlbəcərdəki Xudavəng monastırı bizim nəzarətimizdədir, lakin Gəncəsar və Amaras monastırları hələlik bizim nəzarətimizdə deyil. O abidələr ki, bizim nəzarətimizdədir, mütləq bərpa ediləcək. Biz Şuşadakı Qazançı kilsəsini də bərpa edəcəyik. ICESCO-nun Baş direktorunun Azərbaycan Prezidenti ilə görüşü zamanı da belə bir təklif irəli sürülüb ki, İCESCO iki məscid və bir kilsənin təmir edilməsini həyata keçirmək istəyir. Məncə bu da çox vacib mesajdır ki, İCESCO müsəlman dünyasının təşkilatı olaraq kilsənin də bərpasında iştirak edir". (APA)
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Məhkumlar vaksin olunacaq yüksək riskli əhali qruplarına daxil edildi

COVID-19 xəstəliyinə qarşı vaksinasiya olunacaq əhali qrupları açıqlanıb. Sfera.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən ...

TRT-nin filmi: Moskva bilir ki, Bakı sonadək gedəcək – VİDEO

TRT Vorld II Qarabağ Müharibəsi haqqında sənədli film (ingiliscə) hazırlayıb. Sfera.az xəbər verir ki, sənədli filmdə rəsmilər, II Qarabağ müharibəsinin ş...

Azərbaycanda vaksinasiya 2 il ərzində icra olunacaq

COVID-19 xəstəliyi əleyhinə vaksinasiya məntəqələri dövlət ambulator-poliklinik müəssisələrin nəzdində yaradılacaq. Sfera.az-nın məlumatına görə, bu, Nazi...

Vüqar Səfərlidən 26 MİLYON MANAT tələb olunur! – O, həbsindən az əvvəl “mənlik nə var ki” deyirmiş...

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) təsis olunduğu gündən mediada yeni ziddiyətlərin əsası qoyuldu. Medi...

Hirkan Milli Parkında yanğın lokallaşdırıldı

Hirkan Milli Parkının Astara rayonu ərazisində - yüksək dağlıq sahəsində baş vermiş yanğın lokallaşdırılıb.  Sfera.az xəbər verir ki, bu barədə Ekolo...

Penitensiar xidmətdən məhkumun ölüm səbəbi ilə bağlı - AÇIQLAMA

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsində məhkumun döyülərək öldürülməsi və müəssisədə məhbuslara telefonl...