Şuşada “Nə oldu, Paşinyan?!” deyən aktyor kimdir?

Şuşada “Nə oldu, Paşinyan?!” deyən aktyor kimdir?
Xəbər verdiyimiz kimi, Türkiyənin reytinqli "Eşkiya dünyaya hükümdar olmaz” serialında İlyas obrazı ilə məşhurlaşan aktyor Ozan Akbaba Şuşaya səfər edib. O, Elşən Orucovun çəkdiyi videoda "Nə oldu, Paşinyan?!” deməsi ilə gündəm olub.

Sözügedən görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb. 39 yaşlı aktyorun şəxsiyyəti bir daha maraq doğurub.
 

Sfera.az  xəbər verir ki, ayrı-ayrı illərdə Türkiyənin dövri mətbuatında Akbabanın Qarsda doğulması, əslən isə azərbaycanlı olması ilə bağlı məlumatlar dərc olunub.

Bundan başqa, aktyor toyunda həyat yoldaşı ilə "Tərəkəmə” rəqsini oynayıb. Hələ 2019-cu ilin dekabrında "Aman reis duymasın” filminin premyerası çərçivəsində Bakıya təşrif buyuran Akbaba əslən azərbaycanlı olduğunu demişdi:

"Mənim soyum buradandır, babam azərbaycanlıdır.Ona görə Bakıya özəl marağım və istəyim var. İlk dəfə gəlsəm də, inanılmaz gözəl şəhərlə qarşılaşdım. İnsanları da çox gözəldir. Hətta vaxtım olsa, burada yaşamağa belə gələrəm.

Tərəkəməli olduğumuz üçün o rəqsi oynadım. Oynamaqda çətinlik çəkmədim. Amma yutubda çox maraqlı şərhlə qarşılaşdım: "Oğlan yaxşı oynamır. Ancaq deyəsən, həyat yoldaşı azərbaycanlıdır”. Ancaq xanımım Konyadandır. Bizlərə heç bir aidiyyəti yoxdur. Düzü, o paylaşıma bir az pis oldum”.

O, Rəşid Behbudov, Şövkət Məmmədova, İmamyar Həsənov kimi sənətkarlarımızı çox sevdiyini demişdi:

"Xüsusi olaraq operalarınıza qarşı böyük sevgim var. Məsələn, "Arşın mal alan” operettanızı çox bəyənirəm. Azərbaycan film və seriallarından yaxşı təklif gəlsə, qəbul edərəm. Əsas odur ki, ürəyimcə olsun”.
 
(qafqazinfo)


 
 
 


OXŞAR XƏBƏRLƏR

Bu ölkədə kiberhücumların sayı ARTDI

2023-cü ildə İtaliyada kiberhücumların sayı artıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi hesabat hazırlayıb. &n...

Diloram Favziyeva: "Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var"

Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var.   Sfera.az xəbər verir ki, bunu Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının B...

ABŞ-də ermənilərə qarşı ETİRAZ AKSİYASI: "Bizə qarşı böhtanı ancaq..."

ABŞ-də türklərlə ermənilər qarşı-qarşıya gəliblər.   Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, paytaxt Vaşinqtonda yaşayan türklər 24 aprel ...

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal: 14 qol vuruldu

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal qeydə alınıb.   Sfera.az xəbər verir ki, yarımfinal mərhələsində 14 qol vurulub.    Belə...

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar YATIRDI

Macarıstanın MOL şirkətinin Azərbaycanın enerji sektoruna investisiyaları 2 milyard dollar təşkil edib.   Sfera.az xəbər verir ki, bunu bu gün Bakıda...

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Azərbaycan əhalisi dünyada ən çox çörək və çörək məhsulları istehlak edən xalqlardandır. İl ərzində əhali adambaşına 133 kq çörək və çörək məhsulları istehlak e...