Şuşada bu abidələrə reklam yerləşdirmək qadağandır - SİYAHI

Şuşada bu abidələrə reklam yerləşdirmək qadağandır - SİYAHI
Nazirlər Kabineti Şuşa şəhərinin ərazisində reklam qurğularının yerləşdirilməsi qadağan edilən abidələrin siyahısını təsdiq edib.

Sfera.az xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Bildirilib ki, qərar "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanıb.

Nazirlər Kabineti tərəfindən müvafiq Qərarın qəbul edilməsi Şuşa şəhəri ərazisindəki tarix-mədəniyyət abidələrinin qorunması, salamatlığının təmin edilməsi, quruluşuna xələl gətirilməməsi və gələcək nəsillərə olduğu kimi çatdırılmasına hüquqi zəmin yaradır, həmçinin, ərazidə qoruq rejiminin tətbiqinə imkan verir.

Bununla Şuşa şəhərinin tarix və mədəniyyət abidələrinin dövlət tərəfindən mühafizəsi gücləndirilir.

Şuşa şəhərinin ərazisində üzərində və mühafizə zonalarında reklam qurğularının yerləşdirilməsi qadağan edilən abidələrin siyahısı ilə linkdə tanış ola bilərsiniz.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Koronavirus xəstəsinə vaxtı keçmiş dərman göndərilib?

Koronavirusa yoluxmuş Binəqədi sakini Aynur Orucova ona yaşadığı ərazi üzrə poliklinikadan müalicə məqsədilə istifadə müddəti bitən "Selen-aktiv” vitamin komple...

Kərim Vəliyev azad edilmiş ərazilərə getdi - FOTOLAR

Yanvarın 19-da müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev azad edilmiş ərazilərdə dislokasiya o...

İsmayıllıda şəhid tələbələrin xatirəsinə inşa edilmiş abidə-kompleksin açılışı oldu - FOTOLAR

İsmayıllı Dövlət Humanitar və Texnologiyalar Kollecinin şəhid tələbələrinin xatirəsinə inşa edilmiş abidə-kompleksin açılışı olub. Açılış mərasimində Rayo...

Aİ ölkələrinin səfirləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad etdilər - FOTOLAR

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri bu gün Şəhidlər Xiyabanında olublar. Sfera.az  xəbər verir ki, Aİ ölkələrinin səfirləri 1990-cı il yanvarı...

Mədət Quliyevin işdən çıxardığı şəxsə yeni vəzifə verildi - FOTO

Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) vitse-prezidenti Kamil Hüseynovun sədrliyi ilə qurumun İdarə Heyətinin iclası olub. Federasiyadan  ...

Emil Məmmədov: "Tağıyevi bolşeviklər, ruslar, ermənilər unutdurmaq istəyirdi"

Tanınmış sosial media mütəxəssisi Emil Məmmədov Hacı Zeynalabdin Tağıyevin yeni açılmış heykəlini ziyarət etməsi ilə bağlı paylaşım edib. Sfera.az xəbər v...