No Image
No Image

“Şuşa” yarımstansiyası - VİDEO

“Şuşa” yarımstansiyası - VİDEO
Azərbaycan Prezidenti İlham Əliyev ailə üzvləri ilə birlikdə Şuşaya səfəri zamanı "Azərenerji” ASC tərəfindən yeni tikilən 110/35/10 kilovoltluq "Şuşa” yarımstansiyasının açılışını edib.

Sfera.az  xəbər verir ki, "Azərenerji" inşa etdiyi 110/35/10 kilovoltluq yeni yarımstansiya Şuşanın Azərbaycanın ümumi enerji sisteminə qoşulması, şəhərin etibarlı, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün böyük əhəmiyyət daşıyır.

Belə ki, Şuşa şəhərinin girişində müasir avadanlıqlarla təchiz edilərək tikilən yeni yarımstansiya məsafədən idarəolunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulub. Burada 110 kilovoltluq açıq, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular yaradılıb. Şuşanın milli ornamentləri qorunmaqla müasir üslubda inşa ediləсək yarımstansiyanın idarəetmə binasında bütün parametrlər nəzərə alınıb.

Xatırladaq ki, işğaldan azad olunan ərazilərin böyük hissəsinin, o cümlədən "Şuşa” yarımstansiyasının Azərbaycanın ümumi enerjisisteminə qoşulması üçün Füzulidəki "Şükürbəyli” yarımstansiyası genişləndirilərək tam yenidən qurulub və yarımstansiyaya İmişlidən 110 kilovoltluq 51 km məsafədə yeni xətt gətirilib. Ən əsası isə Füzulidən Şuşaya 75 km məsafədə 110 kilovoltluq ikidövrəli "Şuşa-1”, "Şuşa-2” hava elektrik xətləri çəkilib. Artıq hava elektrik verilişi xəttində işlər tam yekunlaşmaq üzrədir.

Füzulinin Şükürbəyli, Xocavəndin Böyüktağlar, Şuşanın Daşaltı kəndindən keçən yüksəkgərginlikli hava xətti ən çətin dağlıq, meşəlik relyefdə, qarlı, dumanlı, yağışlı hava şəraitində növbəli iş prinsipi ilə həyata keçirilib.

Bundan əlavə "Azərenerji" işğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında da 110 kilovoltluq yeni yarımstansiyaların inşası ilə də bağlı işlər həyata keçirir.

"Report” "Şuşa” yarımstansiyasının görüntülərini təqdim edir:
 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Prezidentlər Cıdır Düzündə yallı rəqsini izlədilər – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda görüş keçirib.  Görüş zamanı Şuşada Heydər ...

Azərbaycanda növbəti yumşaldılmalar gözlənilir - AÇIQLAMA

"Dinamika yaxşılaşdıqca, yoluxmaların sayı aşağı düşdükcə və açıq havada təmasların riski aşağı düşdüyünə görə növbəti yumşaldılmaların şahidi ola bilərik". ...

"Evinə xoş gəldin Türkiyə" - "SOCAR Türkiyə"dən VİDEOROLİK

AVRO-2020-də mübarizə aparan qardaş ölkə təmsilçisi Bakıdadır. Sfera.az xəbər verir ki, "SOCAR Türkiyə” bununla bağlı "Türkiyə Baküde Misafir değil, "evin...

Vətən müharibəsi qazisinin problemi həll olundu – VİDEO

Azərbaycan Ordusunda şərəfli xidmət göstərərək, Vətən müharibəsində qəhrəmanlıq yolu keçən igidlərimizdən biri də kiçik çavuş Yaqub Qəhrəmanlıdır. O, N sa...

Laçının Əhmədli kəndindən görüntülər - VİDEO

Müdafiə Nazirliyi Laçının Əhmədli kəndindən videogörüntülər paylaşıb. Sfera.az nazirliyə istinadən həmin görüntüləri təqdim edir.   ...

“Haber Global” Ağdamın mina xəritələrinin Ermənistandan alınması barədə süjet hazırlayıb - VİDEO

Türkiyənin "Haber Global” telekanalı Ağdam rayonunun mina xəritələrinin Ermənistandan alınması barədə süjet hazırlayıb. Süjetdə 97 min tank və piyada əley...