Şuşa-Laçın magistralında Ermənistanın müqavimət şansı sıfıra bərabərdir - Ukrayna KİV

Şuşa-Laçın magistralında Ermənistanın müqavimət şansı sıfıra bərabərdir - Ukrayna KİV
Yazıda təkcə videogörünütülərə əsasən 31 oktyabra qədər Azərbaycanın qarşı tərəfin 4-ü SMERÇ olmaqla 67 reaktiv atəş sistemini, 177 tank, 400-dən çox avtomobili və digər texnikalarını məhv etməsi vəya ələ keçirməsi təsdiq edilir.

Məqalədə Azərbaycanın quru qoşunları və xüsusi təyinatlılarının Şuşa massivində irəliləyişlərinə geniş yer verilib:

"Əgər möcüzə baş verməsə, Şuşa rayonunda Hərbi Hava Qüvvələri təşkil olunmasa, Şuşa-Laçın magistralında Ermənistanın müqavimət şansı sıfra bərabərdir. Yaxın gələcəkdə azərbaycanlılar yeni bir irəliləyiş edərək magistral yolun istənilən yerinə birbaşa atəşi  başladacaq və bundan sonra Ermənistan ordusu Qarabağı tərk etməli olacaq. Ermənilərin dağlardan azərbaycanlıları çıxartmağa gücləri yoxdur”.

Yuriy Botusovun bu yazısında çox maraqlı məqamlar var - xüsusilə də son hissəsi.

Həmin hissənin tərcüməsini təqdim edirik:

"Ermənistan üçün Qarabağdakı vəziyyət ümidsiz görünür. Müharibə uduzulub, amma təəccüblü bir inadla erməni ordusu müqavimət göstərməyə davam edir. Bundan istifadə edən Ermənistan rəhbərliyi müharibəni diplomatik üsullarla dayandırmaq üçün səy göstərərək  yalnız Rusiyanın deyil, həm də Fransanın dəstəyini və daha da açıq şəkildə ABŞ-dan rəğbətini istəyir. Kanada Türkiyəyə Bayraktarın vacib hissələrini təminatı dayandırdı. Azərbaycana beynəlxalq təzyiqlər artır, amma diplomatlar müharibəni dayandıra biləcəklərmi?

Ərdoğan təkcə mövcudluğu və toqquşma təhlükəsi ilə Putini dar bir çərçivəyə salıb, Rusiya qəti şəkildə dinc və düzgün davranır və Qarabağ müharibəsinə müdaxiləsi mümkünsüzdür. Putin KTMT müttəfiqi olan Ermənistana hətta hava hücumundan müdafiə sistemləri də verməyə cürət etmir. Və əksinə - Azərbaycanın NATO ölkəsi olan Türkiyədən qətiyyətlə dəstək alması və 6 Türk F-16 qırıcısının ölkədə olması Rusiyanın Qarabağ ərazisindəki müharibəyə müdaxiləsini istisna edir. Türkiyə açıq şəkildə göstərir ki, Azərbaycana qarşı olan hər hansı bir düşmənçilik, birincisi, Azərbaycanda Türkiyə Silahlı Qüvvələrinin güclənməsinə, ikincisi, Suriyada Rusiyanın müttəfiqi Əsədin məğlubiyyətinə, daha sonra ehtimal ki, rus qrupunun  qovulmasına gətirib çıxaracaq.

Qarabağdakı əməliyyatı başa çatdırmaq üçün Türkiyə Fransa ilə açıq  diplomatik qarşıdurmaya girdi və ABŞ ilə gərgin münasibətlərdən çəkinmir.  Bütün bunlar göstərir ki, Ərdoğan və Əliyev Qarabağdakı hərbi əməliyyat tam başa çatana qədər güzəştə getməyəcəklər”.  /Modern.az

OXŞAR XƏBƏRLƏR

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.   Belə ki...

SOCAR prezidenti Britaniya rəsmiləri ilə görüşdü

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Ould və Birləşmiş Kırallığın İxrac Maliyyəsi Depa...

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...