No Image
No Image

Sürücülük vəsiqəsi imtahanına girənlərə cavabları ötürən azərbaycanlı tutuldu - Film kimi olay

Sürücülük vəsiqəsi imtahanına girənlərə cavabları ötürən azərbaycanlı tutuldu - Film kimi olay
İstanbul polisi 15 iyul Demokratiya Otogarında (avtovağzalı) üzərində gəzdirdiyi xüsusi çantada yerləşdirilmiş cihazlarla sürücülük vəsiqəsi almaq üçün imtahana girənlərə cavabları ötürən Azərbaycan vətəndaşı saxlanılıb. 
 
Sfera.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, polis Bayrampaşada yerləşən avtovağzalda şübhəli hərəkətlər edən şəxsi izləməyə başlayıb.

Onun yanında qara çanta ilə ora-bura dolaşmasından şübhələnən polis şəxsi saxlayıb və axtarış aparıb. Çantanın içindən 1 ədəd mobil Wi-Fi qurğusu, 2 ədəd sim-kartı olan aparat, 2 ədəd batareya, 2 ədəd kabelli bağlantı aparatı, 3 qulaqcıq, 1 ədəd cib telefonu, 1 ədəd yapışqanlı kağız lent, paltarın üstünə yerləşdirilmiş, kameralı və batareyalı surətçıxaran aparat aşkarlanıb.

Məlum olub ki, Azərbaycan vətəndaşı N.F. sürücülük kursunda imtahan verənlərə bu cihazlarla sualların cavablarını ötürürmüş. Və əvəzində pul alırmış. Əməliyyatı başa çatdırandan sonra onun ləngimədən avtovağzaldan avtobusla başqa şəhərə getməyə hazırlaşdığı məlum olub. Polis onu saxlayıb, dindirib və məhkəməyə çıxarıb. Şəxs başqa yerə getməmək barədə iltizam alındıqdan sonra sərbəst buraxılıb. /Virtualaz.org

 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bakıda I qrup əlil bıçaqlandı

  Bakıda bıçaqlanma hadisəsi baş verib. Sfera.az-ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Biləcəri qəsəbəsində 1973-cü il təvəllü...

Şəmkirdə bibisi oğlunu öldürmək istəyən şəxs həbs edildi

Mayın 9-u saat 18 radələrində Musa Rüstəmov və Bakir Hüseynovun xəsarət almaları barədə rayon prokurorluğuna məlumat daxil olub. Sfera.az xəbər verir ki, aparı...

Bakıda salondan maşın qaçırıldı

Nərimanov rayonu ərazisində yerləşən avtomobil salonlarının birindən oğurluq olub.  Sfera.az xəbər verir ki, hadisə ötən gün qeydə alınıb. Rayon əraz...

Göyçayda bacısı qızını öldürən şəxs HƏBS EDİLDİ

Mayın 9-da saat 7 radələrində Bığır kəndində yaşayan bir nəfər şəxsin guya dəm qazından ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə S...

İnterpol xətti ilə axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi

Baş Prokurorluq tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım ...

Bakıda oğurluq edən bacılar saxlanıldı

Bakıda silsilə oğurluq edən şəxslər tutulub. Sfera.az DİN-ə istinadən xəbər verir ki, paytaxtın Nizami rayonu ərazisində müxtəlif vaxtlarda 4 nəfərin çant...