Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK
16:35 / 06.05.2020
17095
Bəzən sürücülər sürücülük vəsiqəsinin etibarlılıq müddətini unuda və yolda xoşagəlməz sürprizlə qarşılaşa bilər.
Sfera.az avtosfer.az-a istinadən xəbər verir ki,, lakin "myGov" portalında qeydiyyatdan keçməklə sürücülər özünü belə hallardan sığortalaya bilər.
"myGov" portalında qeydiyyatdan keçdikdən sonra sürücülərə sürücülük vəsiqəsinin etibarlılıq müddəti haqqında aşağıdakı aralıqlarla bildirişlər göndəriləcək:
- sənədin vaxtına 60 gün qaldıqda;
- sənədin vaxtına 30 gün qaldıqda;
- sənədin vaxtına 10 gün qaldıqda;
- sənədin vaxtı bitdikdə.