Sürücülərin yaş həddi ilə bağlı qərara görə etiraz edəcəklər?

Sürücülərin yaş həddi ilə bağlı qərara görə etiraz edəcəklər?

Milli Məclisdə "Avtomobil nəqliyyatı haqqında" qanuna edilən yeni dəyişikliklərə görə, avtobuslarla sərnişin daşımaları ilə "D" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 22-dən az və 65-dən çox olmayan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi 5 ildən az olmayan sürücülər buraxılırlar.

"DE" kateqoriyası üzrə isə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 25-dən az və 65-dən çox olmayan və "D" kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi 3 ildən az olmayan sürücülər buraxılır.

Yeni dəyişikliklər avtomobil nəqliyyatı ilə sərnişin daşımaları sahəsində təhlükəsizliyin təmin edilməsi və məsuliyyətin artırılması ilə əlaqədar avtobuslarla sərnişin daşıyan sürücülərə dair tələblərin yenilənməsi məqsədilə qəbul olunub.

Sfera.az bildirir ki, ekspert Ərşad Hüseynov Trend-ə açıqlamasında bildirib ki, bu layihənin qəbulu bəziləri tərəfindən çaşqınlıq yaradıb. Bəziləri bu qərarı sürücünün 65 yaşdan sonra işləməsinə qadağa qoyulması kimi qiymətləndirir: "Amma əslində, belə deyil. Dəyişikliyə görə, 65 yaşı tamam olan şəxs marşrutlar üzrə sərnişin avtobusunda sürücü işləyə bilməz. Həmin şəxslərin şəxsi avtobus idarə etmələrinə qadağa qoyulmayıb.Yenilik yalnız şəhərdaxili və şəhərətrafı marşrut xətlərindəki avtobuslara aiddir. Məsələn, kiminsə "D" kateqoriyasına düşən nəqliyyat vasitəsi varsa, onu idarə etmək üçün yaşı 65-dən çox olan sürücü tapırsa, buna qadağa qoyulmur. 65 yaşı tamam olan şəxsin sürücülük hüququ əlindən alınmır. Sadəcə olaraq, "Avtomobil nəqliyyatı haqqında" qanunda göstərilib ki, kommersiya məqsədli müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarda istifadə olunan avtobuslarda 65 yaşdan yuxarı sürücü fəaliyyət göstərə bilməz".

Ə.Hüseynov deyib ki, bu məsələ sərnişinlərin təhlükəsizliyi baxımından da önəmlidir: "Sərnişindaşımada sürücünün sağlamlığı önəmlidir. Birləşmiş Millətlər Təşkilatının sürücülərə dair 4 standart tələbi var ki, həmin tələblərdən ən önəmlisi sürücünün sağlam, nəqliyyat vasitəsini təhlükəsizlik idarə etmək üçün, yol şəraitinə lazımi dərəcədə nəzarət etmək üçün yararlı olmasıdır. Bizim qanunverici orqan da belə hesab edir ki, 65 yaşı tamam olan insanlar artıq yaş dövrü, sağlamlığı ilə əlaqədar sürücülük baxımından riskli sayılırlar. Ona görə də belə bir qərar verilib ki, 65 yaşı tamam olan insanlar kommersiya təyinatlı marşrutlarda işləməsinlər. Yəni, bu yaşda olan insanlar təqaüdə göndərilməlidir. Əgər kimsə işləmək iqtidarındadırsa, həmin şirkətdə sürücü yox, başqa işə keçirilə bilər".

Ekspert hesab edir ki, bu qərar bəzi şəxslər tərəfindən etirazla qarşılanacaq: "Təbii ki, 65 yaşı olan elə insanlar var ki, heç bir xəstəliyi və zəifliyi olmadığını iddia edir və marşrut avrobusunu idarə etmək istəyir. Qərar bu cür şəxslərin etirazı ilə qarşılana bilər".

Ə.Hüseynov bildirib ki, dünyanın hər yerində belə məsələləri işə götürənlər həll edirlər: "Bu məsələ "Avtomobil xidməti haqqında" qanunda, Nazirlər Kabinetinin 2009-cu ildə qəbul etdiyi 41 saylı qərarda var. Həmin sənədlərdə göstərilib ki, bütün marşrut avtobuslarının sürücüləri hər gün reysə çıxmazdan əvvəl həkim tərəfindən müayinə olunmalıdır. Şübhəli məqamlar aşkar olunarsa, həmin sürücü reysə buraxılmamalıdır. Dünyanın hər yerində belədir. Həmin sürücü bir neçə gün reysə buraxılmır, sonra onun əmək müqaviləsinə yenidən baxılır və əgər həqiqətən də səhhətində ciddi problem varsa, onu şirkət başqa işə keçirir və ya əmək müqaviləsinə xitam verir".


OXŞAR XƏBƏRLƏR

İsrail, yoxsa İran? - Hansı ölkənin ordusu daha güclüdür? - ARAŞDIRMA

İsrailin İrana hücumundan sonra ən çox maraq doğuran mövzulardan biri də hər iki ölkənin müdafiə potensialı ilə bağlı olub.   Maraqlıdır, hansı ölkən...

Azərbaycan və Yaponiya arasında turizm əlaqələri MÜZAKİRƏ OLUNDU

Azərbaycan və Yaponiya arasında turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları müzakirə olunub.   Sfera.az Dövlət Turizm Agentliyinə...

Nəcibə Mustafayeva: “Beynəlxalq ictimaiyyət Ermənistanı Metsamor AES-i bağlamağa məcbur etməlidir” - VİDEO

“Ermənistanın Metsamor atom elektrik stansiyası (AES) bütün region üçün təhlükə yaradır”.   Sfera.az xəbər verir ki, bunu Heydər Əliyev A...

"Ukrayna ilə danışıqlara başlasaq da, döyüşləri dayandırmayacağıq" - Lavrov

“Ukrayna ilə yeni danışıqlar başlasa da, Rusiya döyüşlərdə fasilə elan etməyəcək”.   Sfera.az “TASS”a istinadən xəbər verir k...

Qazaxın 4 kəndinin Azərbaycana geri qaytarılması barədə razılıq ƏLDƏ EDİLDİ

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin v...

Daxili İşlər Nazirliyində kollegiya iclası KEÇİRİLDİ - FOTO

Daxili İşlər Nazirliyində informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizədə, cinayət xarakterli müraciətlərə baxılması, cinayət...