Sürücülərin NƏZƏRİNƏ: Yollarda yeni nişanlar olacaq - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Yollarda yeni nişanlar olacaq - VİDEO

Piyadaların təhlükəsizliyini tam təmin etmək üçün baş dövlət yol polisi idarəsi maraqlı bir məlumatverici lövhələr hazırlayıb.

Sfera.az Xəzər TV-yə istinadla xəbər verir ki, magistral yollarda olan piyada keçidlərindən 200 və 400 metr əvvəl quraşdırılan lövhələrdə qeyd edilib ki, qarşıda piyada keçidi var və diqqətli olun.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilk olaraq bu cür məlumatverici lövhələri Bakı-Sumqayıt və Bakı-Şamaxı yolu üzərində quraşdırıblar. Məqsəd sürücülərə piyada keçidinə az qaldığını bildirmək və sürəti şəraitə uyğunlaşdırmalarına kömək etməkdir.

Sürücülər və piyadalar da bu cür nişanların yol kənarında quraşdırılmasının yaxşı olduğunu deyirlər. Onlar belə nişanların piyada vurulması hallarının azalmasında əhəmiyyətli olduğunu bildirirlər.

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, bu cür məlumatverici lövhələr dünya təcrübəsində də var və effektlidir. Belə nişanlar ilk dəfə Rusiyada hazırlanıb və onlar də uğurlu nəticə əldə ediblər.

Baş Dövlət Yol Polisi İdarəsinin, Yol Patrul Xidmətinin Alay Komandirinin müavini Xosrov Nəcəfovun sözlərinə görə, ölkə yollarında bu ilin 11 ayında baş vermiş ağır qəzaların 60 faizi piyada vurulması ilə nəticələnib.

Belə hadisələrin qarşısını almaq üçün hələlik 100-ə yaxın piyadalar üçün məlumatverici lövhələr hazırlanıb.

Xosrov Nəcəfov onu da bildirdi ki, gələcəkdə məktəblilər, mal-qaranın keçidiyi ərazilər və digər məlumatverici lövhələrin də hazırlanması planlaşdırılır.



OXŞAR XƏBƏRLƏR

TƏBİB məlumat yaydı - FOTO

 Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 12-nə olan statistik göstəriciləri açıqlayıb. Sfera.az x...

Xarici İşlər Nazirinin iki müavini DTX-da - Həbslər gözlənilir 

Xarici İşlər nazirinin iki müavini bu gün DTX-da saatlarla istintaq altında olublar. Sfera.az xəbər verir ki, iki nazir müavini – Ramiz Həsənov və Nadir Hüs...

DSMF-nin büdcəsi təsdiq edildi

 Prezident İlham Əliyev "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi...

Hazırda paytaxtın bəzi küçə və prospektlərdə sıxlıq var - FOTO

 Hazırda axşam pik saatı olduğundan bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin çoxluğu müşahidə olunur. Bu səbəbdən yollarda sıxlıq yaranıb. ...

TƏBİB seroloji testlər keçirəcək

 Ölkəmizdə COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində əhali qrupları arasında seroloji testlərin keçirilməsinə başlanılacaq. Tibbi Əra...

“Türkiyə ilə müştərək təlimlərin uğurla davam etdiyi vaxtda təxribatların olması gözlənilən idi”

  "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı radikal müxalifətin qərargahı deyil. Orada hər kəs istədiyini deyə bilməz”. Bunu "MediaPost...