Sürücülərə ŞAD XƏBƏR: Bu halda cərimələnməyəcəksiniz, amma...

Sürücülərə ŞAD XƏBƏR: Bu halda cərimələnməyəcəksiniz, amma...
 

"Nəqliyyat vasitələrinin icbari sığorta müqaviləsi bitibsə, bu, onlayn şəkildə bağlanıla bilər”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, Kamran Əliyev məlumat verib.

Onun sözlərinə görə, icbari sığorta müqaviləsinin ödənişləri də onlayn şəkildə ödənilir:

 

"Xüsusi karantin müddətində kimsə hansısa səbəbdən sığorta şirkətləri ilə müqavilə bağlaya bilmirsə, texniki problemin yaranma məsələsi nəzərə alınacaq. Belə ki, icbari sığorta müqaviləsinin bağlanmamasına görə də həmin avtomobillərin xüsusi texniki vasitələrlə aşkarlanması prosesi karantin rejiminin sonuna kimi dayandırılıb”.

Kamran Əliyev icbari sığorta müddətinin bitməsindən sonra karantin müddətində qəza baş veribsə, bununla bağlı prosedurun necə tənzimlənəcəyi barədə də danışıb:

"Əgər icbari sığorta müddəti başa çatan nəqliyyat vasitəsi hansısa qəza törədirsə, o zaman nə qarşı tərəfə dəyən ziyan, nə də avtomobilə dəymiş ziyan ödəniləcək”, - deyə K.Əliyev qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...