Suriyanı onlar mühafizə edəcək - Türkiyə və Rusiya hərbçiləri müştərək fəaliyyətə keçdi
Rusiya-Türkiyə birləşmiş hərbi qüvvələri Suriyanın şimali-şərqində yerləşən Qamışlı şəhərində patrul xidmətinə başlayıb.
Sfera.az RİA Novosti-yə istinadla bildirir ki, bu haqda Rusiyasnın Müdafiə Nazirliyi məlumat verib. Nazirlikdən verilən məlumata görə, ilk müştərək patrul xidməti uzunluğu 100 kilometri aşan yeni marşrutda aparılacaq: hərbçilər Deyru-Naqa gömrük keçidi məntəqəsindən start götürür və bir neçə iri yaşayış məskənini arxada qoyaraq, şərqə doğru, Suriya-Türkiyə sərhədi boyunca irəliləyir.
Hərbi kolona Rusiyanın "Tayfun”, "Tiqr” və "BTR-80” zirehli avtomobilləri, Türkiyə sərhəd xidmətinin "Kirpi” zirehli avtomobilləri, eləcə də hər iki ölkədən 24 hərbçi daxildir. Kolonun real zamandakı hərəkətinə Rusiya hərbi polisinin "Orlan-10”pilotsuzu nəzarət edir.
Xatırladaq ki, Türkiyə oktyabr ayının əvvəlində kürd silahlı dəstələrinə qarşı "Barış bulağı” əməliyyatına başladığını bəyan etdikdən sonra ərəb ölkəsinin şimalında vəziyyət kəskinləşdi. Oktyabrın 17-də ABŞ-la razılaşmaya əsasən,Ankara hərbi əməliyyatları təxirə saldı ki, kürdlər öz təchizatını sərhəddəki 30 metrlik bufer zonasından çıxara bilsin.
Oktyabrın 22-də Vladimir Putinlə Rəcəb Ərdoğan 6 saatlıq danışıqlar apardı, həmin danışıqların yekunlarına əsasən qarşılıqlı anlaşma haqda 10 bəndlik memorandum imzalandı.
Sənəd Türkiyəylə sərhədin ”Barış bulağı” əməliyyatının keçirildiyi ərazidən kənarda qalan Suriyaya aid hissəsinə Rusiya hərbi polisi bölmələrinin və Suriya sərhəd xidmətinin daxil edilməsini nəzərdə tutur. Onlar kürd silahlı dəstələrinin və hərbi sürsatının Suriya-Türkiyə sərhəddindən 30 kilometr kənarlaşdırılmasına, eləcə də müştərək patrul xidmətinin aparılmasına yardım etməlidirlər.
Bundan az sonra Rusiyanın Müdafiə Naziri Sergey Şoyqu kürdlərin təhlükəsizlik zonasından növbədənkənar çıxarılmasını bəyan etdi. Kəşffiyyat uşuşlarına və Türkiyə-Rusiya sərhədində minadan təmizləmə işlərinə başlanıldı.
Sfera.az
Selcan