Suriyada qanlı döyüşlər gedir: 2 gündə 150 ölü

Suriyada qanlı döyüşlər gedir: 2 gündə 150 ölü
 ABŞ öz qoşunlarını Suriyadan çıxarmaq qərarını verdikdən sonra, Suriyada yenidən ağır döyüşlər başlayıb.
 
Sfera.az xəbər verir ki, Suriyada "Heyət Təhriruş Şam"ın (HTŞ) keçdiyimiz günlərdə "Azad Suriya Ordusu"na (ASO) qarşı başlatdığı əməliyyatlar davam edir. İdlibdəki toqquşmalarda iki gündə bütövlükdə 150-dən çox terrorçunun öldüyü bildirilir. Qeyd edək ki, "Əl-Qaidə" əlaqəli HTŞ Deret İzzə və ətrafındakı 30-a qədər kəndi ələ keçirib. 


OXŞAR XƏBƏRLƏR