Suriyada ən çox silah sınağı keçirən ölkənin adı bəlli oldu - 320-dən çox texnika...

Suriyada ən çox silah sınağı keçirən ölkənin adı bəlli oldu - 320-dən çox texnika...
Rusiya ordusu Suriyada 320-dən çox silah növünü sınaqdan keçirdiyini açıqlayıb. 

Sfera.az xəbər verir ki, mövzu ilə əlaqədar açıqlama verən Rusiya Müdafiə naziri Sergey Şoyqu bunun dünya orduları arasında ən yüksək rəqəm olduğunu bildirib.

Sergey Şoyqu bu məsələ ilə bağlı Rostov-na Donu şəhərində yerləşən "Rostvertol” helikopter fabrikində etdiyi çıxışında Suriyadakı əməliyyatlarda istifadə edilən silahlarla əlaqədar açıqlama verərkən danışıb.

Fabrik tərəfindən istehsal olunan helikopterlərdən birinin Suriyadakı əməliyyatlar çərçivəsində daha da inkişaf etdirildiyini qeyd edən S. Şoyqu, hərbi texniki vasitələrin təhlükəsizliyini təmin etmək üçün uzunmənzilli hava hücumundan müdafiə sistemlərinə ehtiyac olduğunu və Rusiyanın bunlara sahib olduğunu qeyd edib.

Suriyadakı əməliyyatlar sayəsində bu cür silahlara sahib olduqlarını vurğulayan nazir əməliyyatlar zamanı helikopterlər də daxil olmaqla, 320-dən çox müxtəlif növ silahı sınaqdan keçirdiklərini vurğulayıb.
O, Rus ordusunda müasir silah və texnika payının 70% olduğunu diqqətə çatdırıb.
 
Əzizə Zeynal
Sfera.az 

OXŞAR XƏBƏRLƏR

792-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 792-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliy...

"Ford Mustanq"la avtoxuliqanlıq edən sürücü həbs olundu

Bakının Sabunçu rayonu ərazisində "Ford Mustanq" markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu ...

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq ...

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...