Suqovuşanda polis əməkdaşı qəzaya düşdü

Suqovuşanda polis əməkdaşı qəzaya düşdü
Tərtər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az-ın xəbərinə görə, hadisə rayonun işğaldan azad edilən Suqovuşan kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobilin sürücüsü Zəka Mehdiyev Suqovuşan kəndi ərazisində hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil aşıb və sürücü ağır bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzaya düşən Z.Mehdiyev Tərtər Rayon Polis Şöbəsinin əməkdaşıdır.
 
(Report)

OXŞAR XƏBƏRLƏR