Süniki itirmək Ermənistanı da itirməkdir... - Gorus rəhbərinin müavini

Süniki itirmək Ermənistanı da itirməkdir... - Gorus rəhbərinin müavini
"Sünik istiqamətində mövqelərin Azərbaycana təhvil verilməsi bu bölgəni təhlükə altına qoyur. Sünik isə ölkənin onurğa sütunudur”. 

Sfera.az  xəbər verir ki, bu sözləri Sünik sakinlərinin etiraz aksiyasına qatılan Gorus icma rəhbərinin müavini Menua Hovsepyan "Sputnik Ermənistan”ın müxbirinə deyib.

Bundan əvvəl Sünik əhalisi ölkənin ali rəhbərliyindən sərhəd problemini həll etmələrini və təhlükəsizliyini təmin etmələrini tələb edərək Gorus-İrəvan avtomobil yolunu bağlayıblar.

"Biz öz mövqelərimizdə dayanaraq, bir növ bufer zonası yaratmışdıq. Sünik icmalarının bütün rəhbərləri orada idi. Bu uğursuz bəyanat (Qarabağdakı atəşkəs barədə üçtərəfli bəyanat - red.) və mövqelərimizdən geri çəkilməyimiz Süniki tamamilə müdafiəsiz qoyur. Ciddi təhlükəsizlik problemimiz var. Cənuba gedən yolun çox böyük bir hissəsi düşmənin nəzarətində olan ərazidə qalır. Hökumətdə bu müddət üçün məsuliyyəti öz üzərinə götürə biləcək birinin olub olmadığını bilmək istəyirik", - Hovsepyan deyib.

O, Qafandakı yüksəkliklərdən və digər istiqamətlərdən uzaqlaşmanın üçtərəfli bəyanata zidd olduğunu düşünür: Sənəddə deyilir ki, tərəflər sənədi imzalayarkən olduqları mövqelərdə qalırlar.

"Süniki itirsək, nəticədə Ermənistanı da itirəcəyik. Suallarımızı cavablandıra və məsuliyyət götürə biləcək adekvat bir adam görünənə qədər yolları bağlayacağıq", - Hovsepyan bildirib.

Xatırladaq ki, Sünikin regional mərkəzi olan Qafan bələdiyyə başqanı Gevork Parsyan daha əvvəl erməni qüvvələrinin Qafan sektorundakı əvvəllər işğal olunmuş mövqelərdən geri çəkilməsi nəticəsində 12 kənd və Kapan şəhərinin birbaşa atəş altında qalacağını söyləyib. 

Qeyd edək ki, mövqelərdən geri çəkilmə Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası çərçivəsində baş verir.
 
Ərhun

OXŞAR XƏBƏRLƏR

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.   Sfera.az-ın məlumatı...

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...