“Sumqayıtlıları bu təşəbbüsə qoşulmağa çağırıram” - Emin Hacıyev

“Sumqayıtlıları bu təşəbbüsə qoşulmağa çağırıram” - Emin Hacıyev
 

Sumqayıtlı millət vəkili Emin Hacıyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə başlanılmış qanvermə aksiyasında iştirak edib. Millət vəkili Mərkəzi Qan Bankının Sumqayıt bölməsində parlament seçkiləri dövründə təbliğat-təşviqat prosesində iştirak edən könüllülərlə birlikdə qan verib.

Sfera.az  xəbər verir ki, bu haqda açıqlama verən E.Hacıyev sumqayıtlıları aksiyada fəal iştiraka səsləyib: "Bütün həmşəhərlilərimi Heydər Əliyev Mərkəzinin bu xeyirxah, nəcib çağırışına qoşulmağa səsləyirəm. Hazırkı karantin dövrü yalnız iqtisadiyyata deyil, sosialyönümlü tədbirlərə də mane oldu. Ancaq talassemiyalı xəstələrlə bağlı tədbirləri təxirə salmaq olmaz. Biz onlara imkanlarımız daxilində kömək etməliyik. Bəzən düşünülür ki, qan vermək orqanizm üçün qan itkisidir, ancaq əksinə, mütəxəssislər də dönə-dönə qeyd edirlər ki, ildə iki dəfə qan verməyin insan orqanizminə çox böyük müsbət təsirləri var. Eyni zamanda, biz qan verərək kiminsə həyatını xilas edə bilərik".

Millət vəkili qeyd edib ki, bu cür nəcib təşəbbüslər ətrafında birləşmək xalqımızın milli dəyərlərindən biridir: "Pandemiya ilə mübarizədə ortaya qoyduğumuz həmrəylik bəşəri əhəmiyyət kəsb etməklə yanaşı, xalqımızın milli identikliyinin, özünəməxsus xüsusiyətinin göstəricisidir. Bu gün Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva "Instagram” səhifəsində paylaşım edərək, Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına könüllü qoşulanlara təşəkkürünü bildirib və qeyd edib ki, Azərbaycan xalqının hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olması, əl-ələ verərək çətinlik və sınaqlardan birlikdə üzüağ çıxması bizim ən gözəl xüsusiyyətlərimizdən biridir. Mən də sumqayıtı millət vəkili olaraq öz seçicilərimi, bütün həmşəhərlilərimi bu aksiyaya qoşulmağa çağırıram. Sumqayıtlılar daim belə təşəbbüslərə böyük coşqu ilə, sevgi ilə qoşulublar. İnanıram ki, bu dəfə də belə olacaq".


OXŞAR XƏBƏRLƏR

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Ramil Nəsirov vəfat edib.   Sfera.az xəbər verir ki, bu haqda məlumatı ...

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına BAŞLADI

  Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir Bakıya gəlib.    Sfera.az-ın xəbərinə görə, tür...

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Hindistan və Çin arasında yerləşən bu əsrarəngiz və mənzərəli ölkə 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün tələb olunan çoxsaylı rəsmiləşdirmələrdən...

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...