Sumqayıtda zavodun həyətində yanğın baş verdi
20:19 / 09.10.2020
1669
Bu gün saat 17:00 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən "Azkompozit” zavodunun həyətində toplanmış müxtəlif tərkibli materialların alışması nəticəsində güclü yanğın hadisəsi baş verib.
Bu barədə ETSN-nin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
O bildirib ki, ətrafa və atmosferə yayılması ehtimalı olan tullantıların tərkibini və həcmini müəyyən etmək üçün monitorinqlər keçirilir. Nəticələr barədə əlavə məlumat veriləcək.