Sumqayıtda Vətən müharibəsi şəhidlərinın xatirə lövhəsi ucaldılıb - FOTOLAR/VİDEO

Sumqayıtda Vətən müharibəsi şəhidlərinın xatirə lövhəsi ucaldılıb - FOTOLAR/VİDEO
Sumqayıt şəhərində II Qarabağ savaşı şəhidləri Elçin Zamin oğlu Hüseynov və Elnur Əli oğlu Allahverdizadənin xatirə lövhəsi ucaldılıb.


Sfera.az xəbər verir ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində baş tutan tədbirdə çıxış edən şəhid valideynləri Allahdan bütün şəhidlərə rəhmət diləyib, Azərbaycan ordusunu, qalib əsgərlərimizi qələbə münasibətilə təbrik ediblər .

Şəhid Allahverdizadə Elnurun döyüş yoldaşları onun şücaəti və keçdikləri döyüş yolundan danışıblar. Onlar Elnurun əsl qəhrəman olduğunu, topun arxasında olarkən hər zaman yoldaşlarına ürək -dirək verdiyini bildiriblər. Döyüş yoldaşları Elnurun 7 noyabr tarixində Xocavənd - Ağdam uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldığını vurğulayıbar.

Tədbirdə çıxş edən Şəhid Elçin Hüseynovun qardaşı Natiq Hüseynov qardaşının vətənpərvər insan olduğunu və hər zaman Şuşa həsrətilə yaşadığını söyləyib. Döyüş yoldaşlarının Elçinin məzarı üstünə bir ovuc torpaq səpdiklərini deyən şəhid qardaşı Elçinin Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olduğunu sözlərinə əlavə edib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!
 

Səbuhi Elnur

OXŞAR XƏBƏRLƏR

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...