Sumqayıtda qətl: 29 yaşlı gənc öldürüldü
10:14 / 11.10.2021
755
Oktyabrın 10-u saat 04 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində 1992-ci il təvəllüdlü Tural Abdulovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Bu barədə Sfera.az-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.
Aparılan araşdırmalarla 1994-cü il təvəllüdlü Sənan Hacının aralarında yaranmış mübahisə zamanı Tural Abdulova bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Sənan Hacı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.