Sumqayıtda pedofil saxlanıldı

Sumqayıtda pedofil saxlanıldı
Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər ərazisində yeniyetməyə qarşı seksual xarakterli zorakılıq edən şəxs saxlanılıb.

Sfera.az-ın APA-ya istinadən məlumatına görə, əməliyyat tədbirləri nəticəsində məlum olub ki, şəhərin "Xəzər bağları” yaşayış massivi ərazisində yaşayan 1979-cu il təvəllüdlü Avtandil Qasımov (ad şərtidir) 14 yaşlı Pərvin Şərifova (ad şərtidir) qarşı seksual xarakterli hərəkətlər edib. O, həmin ərazidə velosiped sürən, əqli geriliyi olan oğlan uşağının anlaqsız vəziyyətdən istifadə edərək onu dənizkənarına aparıb. Və orada çirkin niyyətini həyata keçirmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

A. Qasımov etdiyi hərəkəti etiraf edib və həmin günü ağır dərəcədə spirtli içki qəbul etdiyini bildirib. O, 14 yaşlı P. Şərifovu əvvəldən tanıdığını da deyib.

Aparılan araşdırma zamanı A. Qasımovun zorlama ilə məhkum olunduğu və 11 il həbs həyatı yaşadığı da məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Onun əməllərindən zərərçəkən və hələ də polisə müraciət etməyən başqa şəxslər varsa, bu barədə Sumqayıt şəhər Polis İdarəsinin (+994 18) 654-02-02 telefon nömrəsinə zəng edib məlumat verə bilərlər.


OXŞAR XƏBƏRLƏR

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...

Aparıcı Zamirə Dadaşova “Space TV”yə qayıtdı: “Məbləğin bir qismi ödənildi”

“Space TV” ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini i...

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin SİYAHISI

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb.   Sfera.az xəbər verir ki, siyahı Azərbaycan Respublikasının Elm, texnika...

İranlı diplomat Estoniya XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin sa...

Hərbi helikopterlər havada toqquşub: Ekipaj üzvləri həlak oldu

Malayziyada iki hərbi helikopter Lumut bazasında təlim uçuşları zamanı qəzaya uğrayıb. Ekipaj üzvlərindən heç biri sağ qalmayıb.   Sfera.az xəbər ver...

Şoyqunun müavini rüşvətə görə saxlanıldı - FOTO

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq ...