Sumqayıtda özünü dənizə atmaq istəyən şəxs xilas edildi

Sumqayıtda özünü dənizə atmaq istəyən şəxs xilas edildi
Fövqəladə Hallar Nazirliyinin (FHN ) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhəri ərazisində 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.

Sfera.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaş sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


OXŞAR XƏBƏRLƏR