Sumqayıtda marşrut avtobusu qəzaya düşdü - Xəsarət alan var - Foto

Sumqayıtda marşrut avtobusu qəzaya düşdü - Xəsarət alan var - Foto

Sumqayıtda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb. "Mercedes Vito" markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan digər "Mercedes" markalı avtomobilə, daha sonra isə 7 saylı marşrut avtobusuna çırpılıb. 

Qəza nəticəsində "Mercedes Vito"  markalı avtomobilin sürücüsü, 1970-ci il təvəllüdlü Məmmədov Natiq Bilal oğlu ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır. 


OXŞAR XƏBƏRLƏR