Sumqayıtda küçəyə çıxan koronavirus xəstəsinə cinayət işi başlanıldı
21:00 / 08.07.2020
4080
Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) və Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları Sumqayıt şəhərinin inzibati ərazisində qanunsuz olaraq yaşadığı evi tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Məlum olub ki, aktiv koronavirus xəstəsi Sumqayıt şəhər, Kotec qəsəbəsində yaşayan 1963-cü il təvəllüdlü Kərimov İbrahim Ramazan oğludur. Dərhal əraziyə təcili tibbi yardım avtomobili çağrılıb.
Qeyd edək ki, Kərimov İbrahim Ramazan oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. Şəxs polisin nəzarətinə götürülüb.