Sumqayıtda küçəyə çıxan koronavirus xəstəsinə cinayət işi başlanıldı

Sumqayıtda küçəyə çıxan koronavirus xəstəsinə cinayət işi başlanıldı
 Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) və Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları Sumqayıt şəhərinin inzibati ərazisində qanunsuz olaraq yaşadığı evi tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlum olub ki, aktiv koronavirus xəstəsi Sumqayıt şəhər, Kotec qəsəbəsində yaşayan 1963-cü il təvəllüdlü Kərimov İbrahim Ramazan oğludur. Dərhal əraziyə təcili tibbi yardım avtomobili çağrılıb.

Qeyd edək ki, Kərimov İbrahim Ramazan oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. Şəxs polisin nəzarətinə götürülüb.

OXŞAR XƏBƏRLƏR

"Binə" və "Sədərək" ticarət mərkəzləri açılsın - BU ŞƏRTLƏRLƏ

 Azərbaycanda karantin rejiminin qaydaları yumşaldıqdan sonra ölkə ərazisində bir sıra müəssisələr və obyektlər öz fəaliyyətini bərpa edib.  Sfe...

MEM Psixologiya Mərkəzi yeni layihəyə start verib

MEM Psixologiya Mərkəzi yeni və maraqlı bir layihəyə start verib. Sfera.az-a Mərkəzdən daxil olan məlumatda deyilir:     İnstaqram səhifəmi...

Nazirlər Kabineti 65 yaşdan yuxarı şəxslərlə bağlı qərar verdi – RƏSMİ

 Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov 48 mərkəzi, yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə məktub göndərib. ...

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

 Bakıda və Abşeron yarımadasında avqustun 14-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamü...

Təhsil naziri müəllim, şagird və valideynlərlə görüşdü - FOTO

 Təhsil naziri Emin Əmrullayev ölkənin müxtəlif regionlarından olan 50-yə yaxın valideyn, şagird və müəllimin iştirakı ilə videokonfrans keçirib. Bu ...

İki nəfəri xilas edən QƏHRƏMANIMIZ!

"İki gün əvvəl 11 avqustda SOCAR Bakı Ali Neft Məktəbinin Fiziki tərbiyə və idman kafedrasının baş müəllimi, su polosu üzrə idman ustası, 2017-ci il İslam Oyu...