Sumqayıtda dostların məclisi faciə ilə bitdi: 16 yaşlı gənc öldü

Sumqayıtda dostların məclisi faciə ilə bitdi: 16 yaşlı gənc öldü
Sumqayıt şəhərində dostların məclisi faciə ilə nəticələnib.

Sfera.az  bildirir ki, hadisə şəhərin 12-ci mikrorayonunda baş verib.

Belə ki, dostu tərəfindən gətirilən spirtli içkini qəbul edən 2005-ci il təvəllüdlü Fərhadlı Turan Faiq oğlunun vəziyyəti qəflətən pisləşib. O, dərhal xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq 16 yaşlı gənci xilas etmək mümkün olmayıb.

Meyit müayinə üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
 
(apa)

OXŞAR XƏBƏRLƏR