Sumqayıtda azyaşlını maşın vuraraq öldürüb

Sumqayıtda azyaşlını maşın vuraraq öldürüb
 

Sumqayıtda azyaşlının ölümü ilə nəticələnən hadisə qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə şəhərin 8-ci mikrorayonunda binalardan birinin qarşısında baş verib. 

 

Həyətdə oynayan 2017-ci il təvəllüdlü İsgəndərov Rəvan Seyid oğlunu "Toyota Prado” markalı avtomobil vurub. Azyaşlı aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR