Sumqayıta yayılan pis qoxunun səbəbi nədir? - AÇIQLAMA

Sumqayıta yayılan pis qoxunun səbəbi nədir? - AÇIQLAMA
"Sumqayıtda məişət tullantıları poliqonunda baş vermiş yanğın təbii şəkildə meydana gəlir. Amma dünən gecə havadakı mövcud vəziyyətin poliqon ərazisi ilə əlaqəsi yoxdur”.

 

Bunu Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev ötən gün şəhər əhalisinin narahatlığına səbəb olan pis qoxu ilə bağlı açıqlamasında deyib.

 

E.Qocayev bildirib ki, illərdir toplanan tullantılar yer altında qazlaşmaya səbəb olur:

 

"Nəticədə yanğın baş verir. Lakin bu hadisə ötən həftə olub. Sumqayıt şəhər məişət tullantıları poliqonunda ötən gün və ondan öncəki gün ərzində yanğın hadisəsi baş verməyib. Dünən gecə havadakı mövcud vəziyyətin poliqon ərazisi ilə əlaqəsi yoxdur. Dünən gecə saatlarında da əraziyə baxış keçirilib və məlum olub ki, poliqon ərazisində tüstülənmə olmayıb”.

 

O, həmçinin vurğulayıb ki, poliqon ərazisi daim Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır:

 

"Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının bununla bağlı sərəncamı var və işçi qrup yaradılıb. Ərazidə yanğın hallarının olmaması üçün mütəmadi olaraq torpaqlama və digər qabaqlayıcı tədbirlər görülür.

 

Sumqayıt şəhərində məişət tullantılarının toplanması, daşınması, zərərsizləşdirilməsi və emalı sahəsində müasir standartlara cavab verən sistemin yaradılması, yeni texnologiyalara əsaslanan zavodun tikilməsi ilə bağlı ilkin layihələndirmə işləri həyata keçirilib. Müvafiq dövlət qurumlarına təqdim olunub.  Hazırda bu istiqamətdə işlər davam etdirilir”. // Modern.az


OXŞAR XƏBƏRLƏR