\"Sumqayıt\" iki futbolçunu transfer etdi - FOTOLAR

\
 

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt” FK heyətinə 2 futbolçu cəlb edib.

 

Sfera.az  klubun saytına istinadən xəbər verir ki, son mövsümü müvafiq olaraq "BATE Borisov” və "Torpedo Moskva”nın heyətində keçirmiş futbolçular – Cəmaləddin Xocaniyazov və Rəhim Sadıxovla 2 illik müqavilə imzalanıb. Cəmaləddin "Sumqayıt”da 5, Rəhim isə 90 nömrəli formada çıxış edəcək.

 

Sankt-Peterburq "Zenit”inin yetirməsi olan Cəmaləddin Xocaniyazov 2012-2016-cı illərdə adıçəkilən komandanın əsas və əvəzedici komandalarında çıxış edib (10 oyun). Son klubu "BATE Borisov” (2 oyun) olan Cəmaləddin Rusiyanın "Ural” (1 oyun), "Baltika” (2 oyun), "Soçi” (8 oyun), "Amkar Perm” (1 oyun) və Danimarkanın "AGF Aarhus” (35 oyun, 1 qol) klublarının şərəfini qoruyub.

 

Moskva "Spartak”ının yetirməsi olan Rəhim Sadıxov isə peşəkar karyerası ərzində "Solyaris Moskva” (16 oyun) və "Torpedo Moskva”nın (71 oyun, 23 qol) uğurları üçün çalışıb. Rəhim Azərbaycanın U-17 və U-19 millilərində də çıxış edib.

 


OXŞAR XƏBƏRLƏR

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq EDƏCƏK

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. &...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

Azərbaycanda YENİ QADAĞA - Bu tarixdən QÜVVƏYƏ MİNƏCƏK 

Mayın 1-dən balıqların kürütökmə dövrü ilə əlaqədar ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.   Bu barədə Sfera....

Peter Siyartonun Azərbaycana rəsmi səfəri BAŞLADI

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun Azərbaycana rəsmi səfəri başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə nazir sosial şəb...

Mübariz Qurbanlıya AĞIR İTKİ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Mübariz Qurbanlıya ağır itki üz verib.   Sfera.az İqtisadiyyat.az-a istinadən xəbər verir...