Sülhməramlıların ilk qrupu Qazaxıstandan Rusiyaya qayıtdı - VİDEO

Sülhməramlıların ilk qrupu Qazaxıstandan Rusiyaya qayıtdı - VİDEO
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kontingentinin sülhməramlıları Qazaxıstandan Rusiyaya qayıtmağa başlayıb.

Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, sülhməramlıların daşınması Rusiyanın İl-76 təyyarələrində həyata keçirilir. Sülhməramlılar daimi dislokasiya yerinə - İvanovo vilayətinə çatdırılacaq. Bu iş üçün 4 təyyarə cəlb olunub. 

KTMT-nin qalan sülhməramlıları 10 gün ərzində ölkələrinə qayıdacaqlar.

Ümumilikdə Rusiya, Ermənistan, Belarus, Qırğızıstan və Tacikistandan olan iki mindən çox sülhməramlı Qazaxıstana göndərilib.
 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR