Sülhməramlılar Xocalıda tibbi məntəqə qurdu - FOTO

Sülhməramlılar Xocalıda tibbi məntəqə qurdu - FOTO
 

"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir".


Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. 


Məlumatda qeyd olunub ki, Xocalı rayonunun dağlıq ərazisində yerləşən Sərdarkənd kəndində Humanitar Yardım Mərkəzinin əməkdaşları tərəfindən sakinlərə, qaçqınlara və məcburi köçkünlərə ixtisaslı tibbi yardım göstərmək üçün sahə məntəqəsi yerləşdirilib.


"Bu gün dağ kəndinin sakinlərinə humanitar və tibbi reyd formatında yardım edirik. Bu qeyri-adi missiyadır- tibb işçilərini buraya gətirmişik”,-deyə Rusiya sülhməramlı kontingent komandirinin köməkçisi general-mayor Sergey Jmurin bildirib.


Onun sözlərinə görə tibbi heyət terapevt, cərrah və oftalmoloqdan ibarətdir. "Ən əsası budur ki, səhra stomatoloji bölməsini gətirmişik və müraciət edənlərin hamısına lazımi kömək göstərməyə çalışacağıq",-deyə Jmurin əlavə edib.


Bundan əlavə, Humanitar Müdaxilə Mərkəzinin hərbi qulluqçuları Rusiya ictimai və xeyriyyə təşkilatları tərəfindən Dağlıq Qarabağa göndərilən 1500 kiloqrama yaxın humanitar yardımın ehtiyacı olanlara çatdırılmasını təşkil etdiklərini deyiblər. 


OXŞAR XƏBƏRLƏR

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...

Mbappe rekord qırdı - 43-cü qol! 

PSJ-nin hücumçusu Kilian Mbappe bir mövsümdə qol vurmaq üzrə şəxsi rekorda imza atıb.   Sfera.az bildirir ki, Fransa çempionatının 29-cu turunun &ld...

Qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb - HESABAT

Birləşmiş Millətlər Təşkilatı və 16 digər humanitar təşkilatın dərc etdiyi hesabata görə, 2023-cü ildə dünyada ərzaq təhlükəsizliyi daha da pisləşib və bu vəziy...

Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri BAŞA ÇATDI

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri aprelin 25-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövl...

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də birgə nahar ediblər.   Sfera.az xəbər verir ki, b...

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...