Sülhməramlılar üçün nəzərdə tutulan yük təyinat məntəqəsinə çatdırıldı - FOTOLAR+VİDEO

Sülhməramlılar üçün nəzərdə tutulan yük təyinat məntəqəsinə çatdırıldı - FOTOLAR+VİDEO
 Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingentinin təminatı ilə bağlı Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında imzalanmış protokola əsasən müvafiq fəaliyyətlər həyata keçirilir.

Sfera.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 28-də Rusiyadan ölkəmizə dəmir yolu vasitəsilə daxil olan hərbi qulluqçular, avtomobil və xüsusi texnika, o cümlədən digər maddi-texniki təminat vasitələri müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçib.

Sülhməramlılar üçün nəzərdə tutulan yük noyabrın 29-da Yalama-Bakı-Yevlax-Bərdə dəmiryolu marşrutu üzrə Bərdə şəhərinə çatdırılıb.

Vaqonlardan boşaldılan yüklər əvvəlcədən planlaşdırılmış qaydada Azərbaycan Müdafiə Nazirliyi Hərbi Polisinin müşayiəti altında Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə avtomobil nəqliyyatı vasitəsilə təyinat məntəqəsinə çatdırılıb.

Qeyd edək ki, gələn bu heyət və yük üçtərəfli bəyanatda qeyd olunan Rusiya Federasiyasının 1960 sayda hərbi qulluqçusu, müvafiq sayda hərbi texnika, avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingentin bir hissəsidir.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Komando hərbi hissəsində taktiki təlim keçirilib - FOTO-VİDEO

2021-ci ilin döyüş hazırlığı planına əsasən Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsində döyüş atışlı taktiki təlim keçirilib. Müdafiə Nazirliyi...

Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü başa çatdı - YENİLƏNİB

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirill və ermənilərin katolikosu II Qaregin aras...

Şuşada İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü keçirildi - FOTOLAR/VİDEO

İyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərd...

Hulusi Akar azərbaycanlı şəhid ailəsinə məktub göndərdi - FOTOLAR/VİDEO + YENİLƏNİB

Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın Vətən müharibəsində hərbi əməliyyatlar zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş Azərbay...

Zakir Həsənov və Hulusi Akar Türkiyə-Azərbaycan təlimlərini izlədilər - FOTOLAR/VİDEO

Türkiyənin Qars şəhərində Azərbaycan Ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının da iştirak etdiyi "Qış təlimi-2021” adlı birgə tə...

Əsgərlərimizə qumbara atan, əsir düşən erməni terrorçunun KİMLİYİ BİLİNDİ - FOTO - VİDEO

Hadrutun Köhnə Tağlar kəndindəki əməliyyat zamanı əsir alınmış silahlı tiqranoidlərdən birinin kimliyi bəlli oldu. O, Ermənistanın Eçmiədzin rayonundan hərbi xi...