Sülh müqaviləsi Dağlıq Qarabağda qanlı müharibəyə son qoyur - “The Economist” jurnalının şərhi

Sülh müqaviləsi Dağlıq Qarabağda qanlı müharibəyə son qoyur - “The Economist” jurnalının şərhi

Londonda həftəlik nəşr olunan, 2006-cı ildən isə Şimali Amerikada da dərc olunan və həftəlik satışı 1 milyonu keçən "The Economist” beynəlxalq münasibətlər və iqtisadiyyat jurnalında İkinci Qarabağ savaşı və nəticələri haqda analitik məqalə dərc olunub. Sfera.az həmin məqaləni oxucularına təqdim edir.


***

 

Azərbaycan torpaq qazanır, Türkiyə və Rusiya isə öz təsir dairələrini genişləndirir.


İki paytaxt şəhər təxminən eyni vaxtda çalxalandı. Azərbaycanın Dövlət Bayrağı Günü kimi qeyd olunan 9 noyabrda Bakıda sevinc sevincə qarışdı. Şəhər izdihama büründü və insan seli şəhidlərin xatirəsi əbədiləşdirilən Şəhidlər Xiyabanına axın etdi. Özlərini Azərbaycan və Türkiyə bayraqlarına bürüdülər, birlikdə himn oxudular və qalib liderləri İlham Əliyevə təriflər yağdırdılar.


 

Elə həmin gün Ermənistanın paytaxtı İrəvanda qəzəbli izdiham parlamentin binasına basqın edərək baş nazir Nikol Paşinyanı söydü və istefaya səslədi.

Hər iki səhnənin səbəbi barışıq anlaşmasının elan edilməsi idi. Rusiya və Türkiyənin vasitəçiliyi ilə altı həftəlik Dağlıq Qarabağ müharibəsinə son qoyulmuşdu. Bura, əsasən etnik ermənilərin yaşadığı, lakin hər iki tərəf üçün mədəni və tarixi əhəmiyyəti olan bir anklavdır. Bir gün əvvəl Azərbaycan öz bayrağını Dağlıq Qarabağın içərisindəki strateji əhəmiyyətə malik, Azərbaycan mədəniyyətinin beşiyi hesab olunan Şuşaya sancmışdı. Bir neçə saat ərzində Ermənistanın tükənmiş və mənəvi cəhətdən sarsılmış ordusu təslim oldu, cənab Paşinyanın ölkəsini buna hazırlamaq üçün heç bir şey etməməsi alçaldıcı hərəkət kimi qiymətləndirildi.


Sülh müqaviləsi Sovet imperiyasının dağılmasından sonra Avropa, Asiya və Orta Şərqin qovşağındakı qarışıq bir bölgədə ən böyük sarsıntılardan biri hesab olunan Dağlıq Qarabağla bağlı idi. 1988-ci ilin fevralında Sovet Ermənistanı ilə birləşməyi tələb edən bir neçə yüz erməni anklavın paytaxtı Xankəndidə (Stepanakert) "Lenin meydanı”na çıxdılar. Bununla da Sovet İttifaqının dağılmasını sürətləndirən və daha sonra Ermənistanla Azərbaycan arasında iki illik müharibəyə səbəb olan hadisələr zəncirinə start verildi.


Bu müharibə Rusiyanın hərbi dəstəyi sayəsində ermənilərin qələbəsi ilə sonlandı. Ermənistan Dağlıq Qarabağı ələ keçirməklə yanaşı, Azərbaycana məxsus yeddi ətraf rayonu da işğal etdi. Atəşkəs imzalanması ilə münaqişə donduruldu və uzun illər öz həllini tapmadı. Azərbaycanın sarsıldığı bu hadisədən sonra Türkiyə ilə Ermənistan arasındakı sərhəd bağlandı.


Sentyabrın 27-də torpaqlarının geri qaytarılmasını 26 ildir gözləyən Azərbaycan yenidən müharibəyə başladı. Türkiyə tərəfindən dronlar (pilotsuz təyyarə) və hərbi təlimlə Azərbaycana dəstək göstərildi. Nəticədə Azərbaycan işğal olunmuş ərazilərinin böyük hissəsini geri qaytardı.


Müharibə qaçılmaz idi. Zəngin və özünəinamlı neft dövləti olan Azərbaycan Ermənistanla danışıqlarda irəliləyiş olmadığı üçün məyus olmuşdu. Bununla yanaşı, digər üç amil də mühüm rol oynadı.


Bunlardan biri Türkiyənin getdikcə artan iddiası idi. Türkiyə Azərbaycana hərbi dəstək verməyə hazır olduğunu göstərdi.

 

İkincisi, Rusiyanın Azərbaycanın irəliləməsinə və Türkiyənin iştirakına etiraz etməməsi idi. Keçmişdə Azərbaycan Rusiyanın Ermənistanı müdafiə etmək öhdəliyinə görə genişmiqyaslı hücuma keçməkdən çəkinirdi.


 


Lakin Azərbaycanın düzgün təxmin etdiyi kimi, Vladimir Putin Türkiyə ilə anti-Qərb müttəfiqliyinə daha çox əhəmiyyət verdi və 2018-ci ildə Paşinyanın iqtidara gətirilməsindən sonra Ermənistan hökumətinin tərəfinə keçmək istəmədi. Paşinyan Putinin dostu, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanı həbsə atmaqla Rusiya prezidentini daha da qəzəbləndirdi. Putinin İrəvana ötənilki səfəri zamanı onunla görüşməsinə icazə verilmədi.


Üçüncü amil, Donald Trampın prezidentliyi dövründə sürətlənən Amerikanın bölgədən tədricən ayrılması oldu. Beləliklə, Rusiya və Türkiyənin avtokratik liderləri razılaşmalarını nizama salmaq üçün tək qaldılar. Buna görə Ermənistan Dağlıq Qarabağ ətrafındakı qalan rayonlardan ordusunu geri çəkməlidir. Rusiya növbəti beş, bəlkə də on il ərzində Dağlıq Qarabağda 2000 nəfərlik sülhməramlı qüvvə yerləşdirəcək. Müqavilədə keçmişdə Azərbaycan daxilində muxtariyyət vəd edilmiş Dağlıq Qarabağın statusundan bəhs edilmədi. Döyüşlər zamanı on minlərlə etnik erməni Xankəndidəki evlərini tərk etdi.


Bu açıqlamadan bir neçə saat sonra Rusiya qoşunları Qağlıq Qarabağa və Ermənistanı Dağlıq Qarabağla birləşdirən Laçın dəhlizinə yola düşdü. Azərbaycan prezidenti İlham Əliyev uzun illər rus sülhməramlılarının gəlişinə müqavimət göstərmişdi. Moskvanın 2008-ci ildə qonşu Gürcüstana qarşı başlatdığı müharibədə rus sülhməramlılarının istifadəsini yaxından müşahidə etdiyindən, Dağlıq Qarabağda rus qoşunlarını görmək istəyi yox idi. Müharibədə daha da irəli getmək Rusiya qüvvələri ilə birbaşa qarşıdurma riski yaratdığından rus sülhməramlıların gəlişinə razılıq verildi.


Türkiyənin Azərbaycanı bu anlaşmanı qəbul etməyə razı saldığı ehtimal olunur. İki döyüşən tərəflə Rusiya arasında imzalanan üçtərəfli müqavilədə adı qeyd olunmasa da, Türkiyə bundan ən böyük fayda götürəndir. Türkiyə həmsərhəd olduğu Azərbaycan anklavı Naxçıvana, Azərbaycanın əsas hissəsinə və Xəzər dənizinə qədər Ermənistan ərazisindən keçən nəqliyyat dəhlizinə giriş əldə etmək, bununla da Türkiyəni Orta Asiya və Çinin Kəmər və Yol Təşəbbüsü layihələrinə birləşdirməkdir.


Rusiyanın nəzarət etdiyi bu yolla Türk və Çin malları daşınacaq. Bu isə bütün tərəflərin iqtisadi cəhətdən faydalanmalarına imkan yaradacaq. Amerikada təhsil alan Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov bir açıqlamasında "Bu ticarət yolu bütün bölgəni dəyişdirə və sülh nizamlanmasının əsas mənbəyinə çevrilə bilər" cümləsinə yer verib.

 

Bəlkə də ABŞ dövlət katibi Mayl Pompeonu yaxın günlərdə bölgəyə səfərə getməyə vadar edən bu geopolitik dönüşüm perspektividir. O, Donald Trampın dörd illik laqeydliyindən sonra bölgəyə çox gec gəlir və qarşısında bir çox tələlər var.

 

Tərcümə etdi: Zeynəb

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...