Su bahalaşandan sonra hesablanma belə aparılacaq - QAYDALAR

Su bahalaşandan sonra hesablanma belə aparılacaq - QAYDALAR
Azərbaycan Respublikası Tarif Şurasının qərarına əsasən 01 fevral 2021-ci il tarixindən içməli su və tullantı su xidmətlərindən istifadəyə görə hesabatlar yeni tariflərlə aparılır.

"Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Sfera.az-a verilən məlumata görə, yeni tariflərin tətbiq olunması mexaniki sayğacların oxunması və hesablamaların aparılması məsələsini də gündəmə gətirib.

Abonentlərin diqqətinə çatdırılır ki, mexaniki su sayğaclarında sərfiyyatın müəyyən olunması üçün "Azərsu” ASC tərəfindən xüsusi proqram təminatı hazırlanıb.

Həmin proqram vasitəsilə sayğacların əvvəlki və son oxunmanın göstəriciləri əsasında orta günlük su sərfiyyatı hesablanır.

Buna müvafiq olaraq əvvəlki və yeni tariflərin qüvvədə olduğu günlərin sayına uyğun hesablamalar aparılır. Bütün hesablamalar xüsusi proqram təminatı ilə, heç bir insan amili olmadan həyata keçirilir.

Bununla belə bəzi hallarda vətəndaşlar tərəfindən sayğacların yerində oxunması və dəqiq göstəricilərin əldə edilməsi ilə bağlı müraciətlər daxil olur. Xüsusilə mənzillərin daxilində və həyət evlərində quraşdırılmış mexaniki sayğacların oxunmasında müəyyən çətinliklər yaranır.

Abonentlərdən mənzillərdə və həyət evlərində quraşdırılmış mexaniki sayğacların oxunmasını təmin etmək üçün şərait yaratmaları xahiş olunur.

Abonentlərin diqqətinə çatdırılır ki, sayğacların oxunması sosial izolyasiya tədbirlərinin tələblərinə (tibbi maska taxmaq, sosial məsafə gözlənilməklə) əməl etməklə həyata keçiriləcək.

Abonentlər sayğacın faktiki göstəricilərini özləri də təqdim edə bilərlər. Bunun üçün "Azərsu” ASC tərəfindən alternativ imkanlar da yaradılıb.

Belə ki, abonentlər Elektron Su Portalı (e-su.az), azersu.az saytının elektron xidmətlər bölməsindən "Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturanın formalaşdırılması" xidmətini seçməklə, həmçinin "Facebook” və "Teleqram” sosial şəbəkələrindən istifadə etməklə sayğac göstəricilərini təqdim edə bilərlər.

 

OXŞAR XƏBƏRLƏR

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməl...

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Çiçəklənən Bakı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi inkişafı ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin edilməsi ölkən...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...

Dünya ölkələrinin hərbi xərcləri: Hansı dövlət nə qədər pul ayırır? - RƏQƏMLƏR

2023-cü ildə bütün dünya ölkələrinin hərbi xərcləri 2,44 trilyon dollar təşkil edib ki, bu da rekord göstəricidir.   Sfera.az xəbər verir ki, bu...

Malıbəylidə kütləvi məzarlıq AŞKAR EDİLDİ - FOTO

Malıbəylidə ən azı 6 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Əsir...