Stress, depressiya halında mətbəxə girməzdən əvvəl...

Stress, depressiya halında mətbəxə girməzdən əvvəl...

Araşdırmalar göstərir ki, depressiv vəziyyətdə olan insanlar daha çox kilo almağa meyllidirlər. Stresslə üz-üzə qalanda mətbəxə getməmişdən əvvəl acıq havaya çıxın.

Sfera.az  e-tibb.az-a istinadən bildirir ki, bunu həkim-dietoloq, tibb üzrə fəlsəfə doktoru, ATU-nun Tədris Cərrahiyyə Klinikasının mütəxəssisi Vəfa Paşazadə açıqlayıb.

Onun sözlərinə görə, xüsusilə gün işığı olan yerdə xoşbəxtlik hormonları olan serotonin və endorfinin yüksələrək antidepressant təsir etdiyi məlumdur: "Lütfən, darıxanda gün işığında gəzin. Özünüzü daha yaxşı hiss etdiyinizi görəcəksiniz".

Həkim vurğulayıb ki, insan özünü mükafatlandıranda özünü dəyərli və xoşbəxt hiss edir:

"Alış-veriş mərkəzinə gedin. Özünüzə kiçik də olsa, hədiyyə alsanız, ən azı bir tikə tort yemiş qədər özünüzü xoşbəxt hiss etdiyinizi görəcəksiniz. Üstəlik bu vəziyyətdə çox yeməkdən sonra yaşanan peşmançılıq və günahkarlıq duyğusunu yaşamayacaqsınız.

 

İnsanın qarşılaşdığı stressdən özünü ən yaxşı uzaqlaşdırmağın yolu, əslində mühit dəyişdirməsi, dəyişik hadisələri düşünməyə başlamasıdır. Hər zaman mühit dəyişdirmək mümkün olmaya bilər. O zaman beyninizi olduğunuz mühitdən uzaqlaşdırın problemi həll edə bilmirsinizsə, münasibətinizi dəyişdirin. Bunun üçün də ən yaxşı üsul yüngül və davamlılığı olan bir kitab oxumaqdır".


OXŞAR XƏBƏRLƏR

""Kömək elə" sözünü eşitdik, getdik, gördük ki..." - Qətlə yetirilən ər və arvadın qonşusu

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə...

“ASAN xidmət” BMT ilə yeni layihəyə BAŞLAYIR - FOTO

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) BMT ilə yeni layihəyə başlayır. &...

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Xırdalanda 21 yaşlı oğlanın evdə asılmış meyiti aşkarlanıb.   Sfera.az xəbər verir ki, hadisə Xırdalandakı yaşayış kompleksində qeydə alınıb. 2003-ci...

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına BAŞLADI

  Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir Bakıya gəlib.    Sfera.az-ın xəbərinə görə, tür...

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Hindistan və Çin arasında yerləşən bu əsrarəngiz və mənzərəli ölkə 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün tələb olunan çoxsaylı rəsmiləşdirmələrdən...

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...