Stiven Kenni: \"Bakıda arzuladığımız qələbəni qazanmaq istəyirik\"

Stiven Kenni: \
6"Azərbaycan millisinə qalib gəlməsək, nə olacağını deyə bilmərəm. Sadəcə, oyunu udmağa cəhd etməliyik. Bizim hədəfimiz budur. Futbolçuların qarşıdakı matça yanaşması, komanda ruhu əladır. Bunu qələbəyə çevirməliyik".

Sfera.az xəbər verir ki, bunu İrlandiya yığmasının baş məşqçisi Stiven Kenni Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis səfər planını açıqlayıb. O, Bakıya oktyabrın 6-da yola düşəcəklərini bildirib: "Bizi 8 saatlıq yol gözləyir. Daha sonra Azərbaycanda məşqə çıxacağıq. Ümid edirəm ki, hazırlığımız yaxşı keçəcək. Bu oyunu səbirsizliklə gözləyirik. Səfərdə baxımlı oyun göstərib arzuladığımız qələbəni qazanmaq istəyirik".

O, evdə Azərbaycanla 1:1 hesablı heç-heçə etdikləri görüşü də xatırlayıb: "Əvvəlcə onu deyim ki, ilk hissədəki oyunumuzu yaxşılaşdırmalıyıq. Həmin matçın əvvəlində 3 yaxşı qol epizodu yaxalasaq da, istifadə edə bilmədik. Sonradan geri çəkildik. Əslində isə hücumda oynamalı idik. Rəqib meydanın özünə aid hissəsində topu çox yaxşı saxlayırdı. Ona görə də strategiyamızı dəyişməli olduq. Amma təzyiqdən istənilən kimi çıxa bilmədik. İkinci hissədə oyunun intensivliyini artırdıqdan sonra isə rəqib müdafiəyə çəkilməyə məcbur oldu".

Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlanacaq.
 
(Report)

OXŞAR XƏBƏRLƏR

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunacaq.   Sfera.az-ın məlumatına görə, o, ap...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməl...

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Paytaxt Bakının inkişafı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi yüksəlişi ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...