“Stalinsiz SSRİ nə idisə, Putinsiz Rusiya da o olacaq” – Qabil Hüseynli

“Stalinsiz SSRİ nə idisə, Putinsiz Rusiya da o olacaq” – Qabil Hüseynli
"Qanun layihəsi Rusiya subyektlərinin rəhbərlərinin prezident adlandırılmasını qadağan edir. Tatarıstan indiyə qədər bu qanuna əməl etməyən yeganə subyektdir. Respublikanın rəhbəri hələ də prezident adlandırılır”.

Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Qabil Hüseynli Tatarıstan Dövlət Şurasının "Rusiya subyektlərində ictimai hakimiyyətlərin ümumi prinsiplər əsasında təşkili haqqında” federal qanun layihəsini dəstəkləməməsini şərh edərkən deyib.
 
O, bildirib ki, Kreml bununla unitar sistemin təməllərini atmaq, eyni zamanda türk xalqlarını assimilyasiya etmək istəyir:

"Tatarıstan hazırda Rusiya daxilində həm say tərkibinə, həm də sənaye potensialına görə xüsusi çəkiyə malik respublikadır. Son illərdə aparılan islahatlar, verilən qərarlar görünür, Kremlin gözünü qorxudub. Kreml ikinci bir Çeçenistan böhranı ilə üzləşməmək üçün indidən güclənə biləcək bütün subyektləri zəiflətmək istəyir”.

Politoloq düşünür ki, Qərbin sanksiyaları Rusiyanı sıxdıqca daxildəki subyektlər başlarında Kremli görmək istəmir:

"Bu gün Rusiyada hakim siyasi elita arasında belə bir xof hakimdir ki, gec-tez Rusiya SSRİ-nin aqibəti ilə üzləşəcək və ikinci dəfə parçalanacaq. Prinsip etibarilə bu mümkünsüz deyil. Stalinsiz SSRİ nə idisə, Putinsiz Rusiya da o olacaq. Yəni Rusiya gec-tez Qərbin təzyiqlərinə dözməyəcək və daxildəki subyektlərin narazılıqları ilə üzləşəcək”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...