ÜST - ün istifadə üçün tövsiyə etdiyi vaksinin adı AÇIQLANDI

ÜST - ün istifadə üçün tövsiyə etdiyi vaksinin adı AÇIQLANDI
""AstraZeneca” peyvəndinin faydaları vaksin haqqında olan neqativ məlumatları üstələyir, istifadənin davam edilməsi tövsiyə olunur”.

Sfera.az xəbər verir ki, bu barədə ÜST nümayəndəsi Marqaret Harris "RİA Novosti”yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Avropa ölkələrinin peyvənddən imtina etməsi ilə bağlı məlumatları araşdıran ÜST peyvəndin istifadəsinə davam edilməsini tövsiyə edib.

Qeyd edək ki, Avropa İttifaqına üzv 10 ölkə qan laxtalanması ilə bağlı məlumatların artmasından sonra "AstraZeneca” peyvəndi ilə vaksinasiya proqramını müvəqqəti dayandırıb. "AstraZeneca” şirkəti isə dərmanın təhlükəsiz olduğunu bildirib. Daha sonra şirkət peyvəndin Aİ-yə tədarükünü azaltmağa qərar verdiyini açıqlayaraq mart ayının sonuna qədər təxminən 30 milyon, aprel ayında isə 20 milyon dozaya qədər peyvənd satmağı planlaşdırdığını bildirib. Beləliklə, şirkət müqavilə öhdəliklərinin yalnız üçdə birini yerinə yetirəcək.

Bu məqamda bildirək ki, Azərbaycan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə GAVİ ALLİANCE arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair 2020-ci il 18 sentyabr tarixli Sazişə əsasən İsveçin "AztraZeneca” şirkətinə məxsus 432 000 doza "COVID-19” vaksin dərman vasitəsini alacaq. İdxal prosesi 180 gün müddətində həyata keçiriləcək.

OXŞAR XƏBƏRLƏR