ÜST: Son gün ərzində dünyada 76 min nəfər koronavirusa yoluxub

ÜST: Son gün ərzində dünyada 76 min nəfər koronavirusa yoluxub
 Son gün ərzində dünyada koronavirusdan təxminən 5 min nəfər ölüb.

Sfera.az  xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik informasiya bülletenində bildirilir.

Qeyd edilir ki, COVID-19 infeksiyasına yoluxanların sayı daha 76 min nəfər artıb.

Statistikaya əsasən dünyada 972 640 koronavirus xəstəsi qeydə alınıb, 50 325 nəfər epidemiyanın qurbanı olub. Virusa yoluxanların sayı bir gündə daha 76 190 nəfər, ölənlərin sayı 4 826 nəfər artıb.

OXŞAR XƏBƏRLƏR