ÜST rəhbəri üçüncü doza peyvəndə qarşı olduqlarını açıqladı - \"Təcili dayandırılmalıdır!\"

ÜST rəhbəri üçüncü doza peyvəndə qarşı olduqlarını açıqladı  - \
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus peyvəndin 3-cü dozası ilə bağlı sərt tənqidlər səsləndirib.
 
Sfera.az bildirir ki, bu barədə o, "CNN International”a açıqlama verib. Tedros bir çox ölkənin "Delta” variantına qarşı 3-cü doza qərarını ədalətsiz hesab edib. Belə ki, o, Afrikada əhalinin sadəcə 7 faizinin peyvəndli olduğunu, bəzi ölkələrdə isə yalnız bir dozanın vurulduğunu deyərək, 3-cü doza qərarını düşüncəsizlik kimi qiymətləndirib və prosesin təcili dayandırılmasını tələb edib.

"Əxlaqsız, haqsız və ədalətsiz qərar olduğunu düşünürəm. Bu, kütlə olaraq etdiyimiz ən pis şeydir. İstehsal gücü olmayan bir qitəyə göz yumaraq pandemiyanı dayandıra bilməyəcəyik”, - deyə ÜST rəsmisi əlavə edib.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR