ÜST-dən KRİTİK AÇIQLAMA: peyvəndlər infeksiyanın qarşısını ala bilmir, amma...

ÜST-dən KRİTİK AÇIQLAMA: peyvəndlər infeksiyanın qarşısını ala bilmir, amma...
"Peyvəndlər koronavirus infeksiyasının ağır gedişatından qoruyur, ancaq infeksiyanın qarşısını almır. Ona görə də maska ​​rejiminə riayət olunmalıdır".

Sfera.az xəbər verir ki, bu barədə ÜST-ün Rusiya Federasiyasındakı nümayəndəsi Melita Vujnoviç TASS-a açıqlamasında bildirib.

"Anlamaq üçün ən vacib şey peyvəndin xəstəliyin ciddiləşməsini və ölümü önləməsidir. Təəssüf ki, bütün peyvəndlər infeksiyanın qarşısını ala bilmir. Bu, hər bir insanın yoluxa biləcəyi deməkdir. Buna görə biz bundan sonra da maskalı rejimə və məsafəyə riayət etməyi tövsiyə edirik". - Vujnoviç əlavə edib.

ÜST rəsmisi infeksiyanın çox vaxt asemptomatik olduğunu da qeyd edib:

"Məsələn, ofisimizdə hər kəs peyvənd olunur. Bir halda təyyarədə uçmaq istəyən bir şəxsin PCR testi müsbət çıxdı. Eyni zamanda onda heç bir simptom yoxdur. Ancaq başa düşmək lazımdır ki, peyvəndlər ciddi bir xəstəliyə qarşı təsirlidir".

Təşkilat nümayəndəsinin sözlərinə görə, paralel olaraq koronavirus üçün dərmanlar hazırlanır.
 
(Publika.az)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Kimlər daha çox koronavirusa yoluxur? - İmmunoloqdan SİYAHI

Delta ştammı dominant ştamm olduğu müddətdə hətta 2 doza vaksin olunanlar da virusa yoluxa bilər. Hazırkı peyvəndlər yoluxmaya qarşı yox, xəstəliyin ağırlaşması...

ÜST-dən KRİTİK AÇIQLAMA: peyvəndlər infeksiyanın qarşısını ala bilmir, amma...

"Peyvəndlər koronavirus infeksiyasının ağır gedişatından qoruyur, ancaq infeksiyanın qarşısını almır. Ona görə də maska ​​rejiminə riayət olunmalıdır". Sf...

“Yeni ştammlar uşaqlar üçün təhlükə yaratmır” - ÜST

"Yeni koronavirus ştammları uşaqlar üçün təhlükəli deyil”. Sfera.az TASS-a isitnadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı ...

“Təbii immunitet və peyvənd “delta” variantına qarşı yüksək qoruyuculuq yaradır”

"Sürətlə yayılma qabiliyyətinə görə "delta” variantı ilə bağlı təhlükə bütün dünya ölkələrində gündən-günə artır. Artıq dünyanın bir çox ölkəsində ciddi problem...

Koronavirusdan sağalanlar necə qidalanmalıdır? - Mütəxəssislərin cavabı

Rasion, koronavirusa qalib gələn insanlar üçün çox böyük əhəmiyyət kəsb edir. COVID-19-dan sonra sağalan xəstələr üçün, koronavirusu nə dərəcədə ağır keçirdiklə...

İnfeksionist: “Azərbaycanda böyük ehtimal ki, Delta ştammı artıq var“

Ehtimal ki, "Delta" ştammı Azərbaycanda da mövcuddur. Dörd qonşu ölkəmizdə - İran, Türkiyə, Rusiya və Gürcüstanda varsa, bizim ölkəmizdə də var. Bu ölkələrlə əl...