ÜST COVID-19 əleyhinə vaksinasiyaya başlayan ölkələrin sayını açıqladı

ÜST COVID-19 əleyhinə vaksinasiyaya başlayan ölkələrin sayını açıqladı
220 ölkə və ərazidən 194-ü koronavirus əleyhinə vaksinasiyaya start verib.

Sfera.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilmiş brifinqdə deyib.

"Bu günə qədər 220 ölkədən 194-ü artıq COVID-19-a qarşı vaksinasiyaya başlayıb. 26 ölkə hələ bu işi başlamayıb”, - o deyib.

ÜST rəhbərinin sözlərinə görə, 26 ölkədən 7-si vaksinləri alıb və peyvəndləmə kampaniyasına başlaya bilər: "Daha 5 ölkə peyvəndi yaxın günlərdə almalıdır. Qalan 14 ölkə müxtəlif səbəblərdən immunlaşdırmaya başlamayıb".


OXŞAR XƏBƏRLƏR