ÜST Azərbaycanı ən riskli ölkələr siyahısına saldı - SİYAHI

ÜST Azərbaycanı ən riskli ölkələr siyahısına saldı - SİYAHI

Avropada karantin rejimini yumşaldan 30 ölkədə koronavirusun sürətlə yayılması halı müşahidə olunur.

Sfera.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun direktoru Hans Klüge açıqlama verib. O, Avropada gündəlik 20 min yoluxma və 700 ölüm faktının olduğunu deyib.

"Son 2 həftədə 30 ölkədə yoluxma hallarının sürətlə artması müşahidə olunur. 11 ölkədə sürətli yoluxma çox ciddi problemlərə yol açıb və ciddi tədbilər görülməzsə, Avropa səhiyyə sistemini dağıtmaq təhlükəsi qarşısında qoya bilər”.

ÜST təhlükə zonasında olan 11 ölkənin Ermənistan, İsveç, Şimali Makedoniya, Qazaxıstan, Qırğızıstan, Albaniya, Bosniya və Hersoqovina, Ukrayna, Kosovo, Moldova və Azərbaycan olduğunu açıqlayıb. ÜST Almaniya və Portuqaliyada təkrar yoluxma hallarından narahatlıq ifadə edib. Digər tərəfdən, Polşa, İspaniya və İsraili virusa operativ reaksiya verdiyi üçün alqışlayıb.

Epidemioloqlar Braziliya, ABŞ və Avstraliya kimi ölkələrdə qışın gəlişi ilə virusla bağlı situasiyanın gərginləşməsindən narahatlıq ifadə edib./Modern.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...