SSRİ-nin Xalq artisti vəfat edib
15:14 / 20.09.2019
1625
SSRİ-nin Xalq artisti, opera müğənnisi İrina Boqaçeva vəfat edib.
Sfera.az bildirir ki, müğənni ilə vida mərasimi sentyabrın 23-də keçiriləcək.
Qeyd edək ki, İ. Boqaçeva 1939-cu ildə anadan olub. 1965-ci ildə N. A. Rimski-Korsakov adına Leninqrad Konservatoriyasını bitirib. İlk dəfə 1964-cü ildə səhnəyə çıxan müğənni daha sonra "La Skala”da təcrübə keçib.
Metropolitan Opera, Kovent-Qarden kimi dünyanın nüfuzlu teatrlarında səhnəyə çıxıb.