“SSRİ dövründəki sərhədlər əsas götürüləcək” - Paşinyan Zod qızıl yatağından danışdı

“SSRİ dövründəki sərhədlər əsas götürüləcək” - Paşinyan Zod qızıl yatağından danışdı
"Ermənistan və Azərbaycan dövlətləri SSRİ dövründə qəbul olunmuş sərhədlər əsasında delimitasiya prosesini həyata keçirirlər”.

Sfera.az  xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa videomüraciəti zamanı Kəlbəcərin Zod yatağı ətrafında gedən prosesləri şərh edərək deyib.

O, prosesin 9 noyabr razılaşması çərçivəsində reallaşdığını söyləyib. Paşinyan qeyd edib ki, sənədin imzalandığı vəziyyətdə sadəcə başqa yol yox idi. Baş nazir digər variantın daha pis olacağını söylədi, baş nazir eyni zamanda vəziyyətin niyə kritik bir nöqtəyə gəldiyini soruşdu.

"Məni ən çox suallara cavab tapmaq maraqlandırır. Ancaq bu uzun bir prosesdir və bu gün isə dərhal həll edilməsi lazım olan məsələlər var. Ən vaciblərindən biri daxili və xarici təhlükəsizliyin təmin edilməsidir. Və atılmalı olan addımlardan biri nə qədər xoşagəlməz olsa da 9 Noyabr razılaşmasının həyata keçirilməsidir”,-deyə Paşinyan qeyd edib.

Baş nazir müqavilənin həyata keçirilməsinin Sovet Ermənistanının sərhədi kimi tanınan Qeqarkunik bölgəsində Ermənistan Silahlı Qüvvələrinin yerləşdirilməsini də nəzərdə tutduğunu qeyd edib. 

"Üstəlik, bu sərhəd gözlə deyil, GPS koordinatları ilə müəyyənləşdirilir. Artıq izah edildiyi kimi, Zod mədəninin bir hissəsi Sovet Ermənistanı, digər hissəsi isə Sovet Azərbaycanı ərazisində mövcud olub”,-deyə Paşinyan qeyd edib.

Paşinyan həmçinin əlavə edib ki, delimitasiya prosesi Azərbaycan tərəfinin də iştirakı ilə baş verməli olan mürəkkəb bir prosesdir.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...